Axşam vaxtı qida daha dadlı görünür, nəinki gündüz. Bizə özümüzü saxlamaq və dadlı nəyisə yeməmək çox çətindir. Yuxudan əvvəl aclıq hissini necə yox etmək olar?
Özünüzü ac saxlamayın. Məsələ ondadır ki, gecə orqanizmdə bütün proseslər, həmçinin həzm prosesi yavaşıyır. Buna görə mədəyə gecə düşən qida piy qatına salınır. Həzm olunmayan məhsullar bədəndə çürüməyə başlayır və bu zəhərlərin yaranmasına gətirir ki, sonradan o qana sovrulur.
Ona görə saçların tutqun olmasına, immunitetin zəifləməsinə və üz dərisinin rənginin pisləşməsinə təəccüblənmək lazım deyil. Bundan başqa artıq kilolar əmələ gəlməyə başlayır.
Axşam aclıq elan etmək lazım deyil. Belə fasilələr orqanizmə neqativ təsir edə bilər. Aclıq yuxusuzluğa gətirib çıxara bilər. Buna görə yuxudan üç saat əvvəl yüngül şam yeməyi təşkil etməyə dəyər. Bu krekerlə pendir və ya salat ola bilər.
Sizə yatmazdan əvvəl orqanizmə xeyirli və zərər verə biləcək məhsulların siyahısını təqdim edirik.
Kofein
Yuxudan əvvəl tərkibində kofein olan məhsullardan çəkinmək lazımdır. O sizi uzun müddət yuxusuz qalmağa məcbur edəcək. Yuxudan ən azı 1.5 saat əvvəl qəhvə və ya çay içmək məsləhət deyil. Bu içkilərdə (hətta yaşıl çayda) böyük miqdarda kofein var.
Axşam şokoladdan da istifadə etmək lazım deyil, çünki o əsəb sistemini həvəsləndirir və oyadır.
Ümumiyyətlə axşam vaxtı öz rasionunuzdan şirniyyatın istifadəsini istisna edin.
Yağlı qida
Axşam vaxtı çox yağlı yeməklərin istifadəsini istisna edin. Pitsa, fri kartofu, yağlı ət kimi məhsullardan istifadə etməyin, çünki bu sizə yatmağa imkan verməyəcək və qida pis mənimsəniləcək.
Şirin taxıllılar.
Çoxları axşam vaxtı şəkərli sıyıqlar yeməyi sevir. Gecə üçün şirin yulaf lopaları çox pis ideyadır, çünki orqanizm bütün kaloriləri yandırmağa vaxt tapmayacaq. Belə yeməyi səhər yemək olar ki, orqanizmə yetərli enerji vərəsiniz.
Acılı yeməklər
Gecə yarı acı qida sizin yuxunuza təsir edir. Bu cür qida nəticəsində sizdə yuxusuzluq, mədədə diskomfort, qarının şişməsi, ürək qıcqırması kimi neqativ hallar yarana bilər.
Ət
Yuxudan əvvəl ətdən istifadə etmək məsləhət deyil, çünki orqanizmə onun həzmi üçün az vaxt verilir.
Paxla
Hər kəs bilir ki, paxla sağlamlıq üçün çox faydalıdır. Onların tərkibində çox sellüloz olduğu üçün o həzmə kömək edir. Lakin paxlanın axşam istifadəsi orqanizmdə diskomfort yarada bilər.
Bəs axşam aclıq hissini yox etmək, rahat yatmaq və eyni zamanda özünü yaxşi hiss etmək üçün nə yemək olar?
Alma
Axşam vaxtı istifadə oluna biləcək əsas məhsulların arasında ən əsası almadır. Onu hər gün yuxudan əvvəl istifadə etmək olar. Bəzi diyetoloqlar arıqlama üçün ondan hər gün istifadə etməyi məsləhət görürlər.
Sitrus meyvələr
Portağal və naringidə cəmi 40 kalori var. Buna görə onları az kalorili qida məhsullarına aid etmək olar. Onlar vitaminlərlə zəngindir, xüsusilə də C vitamini ilə.
Kərəviz
Bir bitki kökündə cəmi 10 kalori olur. Kərəvizdən həmçinin salatlar da hazırlaya bilərsiniz.
Çuğundur
Yuxudan əvvəl özünüzə zeytun yağlı çuğundur salatı hazırlaya bilərsiniz. Çuğundurda piyləri yandıra bilən betain maddəsi var. Tərəvəz orqanizmi zəhərlərdən təmizləyir və həzm yolunun işini yaxşılaşdırır.
Kefir
Qidalanma üçün ən faydalı süd məhsullarından biri kefirdir. Onun tərkibində çox böyük miqdarda mikroelement və vitaminlər var. O axşam vaxtı orqanizm tərəfindən əla mənimsənilir. İçki yatmağa kömək edir və orqanizmə sakitləşdirici təsir edir.
Banan
Hər kəs bilir ki, banan yüksək kalorili meyvə hesab edilir. 100 qr meyvədə 90 kalori olur. Amma əgər güclü aclıq hiss edirsinizsə bu zaman bir banan yeyə bilərsiniz.
Yuxudan əvvəl bəzən bir dilim çörək yemək olar. Bu həm dadlı, həm də faydalıdır. Əgər nəsə şirin bir şey istəyirsinizsə, bu zaman bir az quru meyvələr yeyin.

0 Yorumlar