Yay üçün skrab reseptləri

Tər və toz dəriyə ziyan vurur, xüsusilə də isti yay vaxtı. Buna görə dəriniz üçün müxtəlif prosedurlar keçirməyi unutmayın ki, üzünüz təmiz və təravətli qalsın. Yayda fiziki təsirdən qaçaraq kimyəvi pillinqlər seçmək daha yaxşıdır. Biz sizə meyvə turşuları və vitaminlərin sayəsində üz dərisini yeniləməyə kömək edəcək bir neçə resept təqdim edirik.

Ərik və papaya

Bu effektiv və sadə skrab üçün yarım stəkan təmizlənmiş, əzilmiş papayanı yarım stəkan əriyin meyvə əti ilə qarışdırın. Alınmış qarışığa 1 ç.q. bal və 1 ç.q. toz halına salınmış qurudulmuş portağal qabığını əlavə edin.
Göstərilən inqrediyentlərdən pasta hazırlayın, üzünüzə çəkin və 15 dəqiqə ərzində saxlayın. Sonra üzünüzü dairəvi hərəkətlərlə bir az masaj edin və vasitəni ilıq su ilə yuyun.

Pomidor və badam

Əgər dəriniz yağlıdırsa, bu zaman yarım stəkan pomidorun meyvə əti və 1 ç.q. üyüdülmüş badamdan hazırlanmış skrab lap yerinə düşəcək. Masaj hərəkətləri ilə skrabı üzünüzə çəkin və 20 dəqiqə saxladıqdan sonra soyuq süddə isladılmış tamponlar ilə silin.

Süd və düyü

Bu qədim Çin reseptidir: xırda üyüdülmüş düyünü çiy süd ilə pastaya bənzər konsistensiya alınana qədər qarışdırın. Alınmış qarışığı masaj hərəkətləri ilə üzünüzə çəkin, 5-10 dəqiqədən sonra isə sərin su ilə yuyun. Bu skrab üçün pasterizə edilməmiş süddən istifadə edin.

Banan və yulafbanan

Skrab üçün sizə yarım stəkan əzilmiş banan və 1 x.q. toz halına qədər xırdalanmış yulaf lazım olacaq. Bu qarışığa 1 x.q. bal əlavə edin və 5 dəqiqə ərzinə üzünüzə çəkin. Skrab çox tez təsir etdiyi üçün göstərilən vaxtdan sonra onu ilıq su ilə yuyun.

Manqo və badam

Yarım stəkan əzilmiş manqonu 2 x.q. üyüdülmüş badam ilə qarışdırın. Əgər dəriniz üçün alınmış konsistensiya kobuddursa, bu zaman üyüdülmüş badamı badam yağı ilə əvəz edin. Daha yaxşı qabıqverici effekt üçün maskanı ilıq su ilə yumazdan əvvəl üzünüzü ən azı 5 dəqiqə masaj edin.

Bal, süd və yulaf

Bu skrab özündə çiy südün təmizləyici və balın müalicəvi xüsusiyyətlərini saxlayır. 1 x.q. süd, bal və üyüdülmüş yulafı qarışdırın. Dərinizi masaj edin və 15-20 dəqiqə qurumağa qoyun. Sonra ilıq su ilə yuyun və nəmləndirici krem çəkin.

Qarpız və türk noxudu

Bir az qarpızın meyvə ətini götürüb şirəsini sıxın. Şirənin üzərinə türk noxudundan un əlavə edin. Solğun dəri üçün bu çox gözəl skrabdır. Skrabı üzünüzə çəkin və 3-5 dəqiqə ərzində üzünüzü masaj edin, sonra isə sərin su ilə yuyun.

Çiyələk və qəhvəyi şəkərciyelek

Sizə ən azı 5 ədəd orta ölçülü giləmeyvə lazım olacaq ki, onları əzib 1 x.q. qəhvəyi şəkər və 1 ç.q. badam yağı ilə qarışdırasınız. C vitamini və antioksidləşdiricilər ilə zəngin çiyələk yay skrabı üçün ideal məhsuldur.

Ananas və kokos yağı

Ananasın tərkibində olan enzimlər ölü hüceyrələri uzaqlaşdırmağa, kokos yağı isə dəriyə sakitləşdirici effekt verməyə kömək edəcək. 1 ç.q. qızdırılmış kokos yağını əzilmiş ananas ilə qarışdırın və alınmış qarışığı 15 dəqiqə ərzində üzünüzə çəkib sonra ilıq su ilə yuyun.

Kivi və qəhvəyi şəkər

Bu skrab isti aylarda dərinizin cazibədar qalmasını təmin edəcək. Bir böyük kivinin meyvə ətini götürün və ortasını çıxarın. Alınmış kütləni 1 x.q. qəhvəyi şəkər və 1 ç.q. saflorov yağı ilə qarışdırın. Vasitəni masaj hərəkətləri ilə üzünüzə çəkin və qurudun, sonra isə soyuq su ilə yuyun.

Yorum Gönder

0 Yorumlar