Vaxtilə iki nəfəri bir-birinə cəlb etmiş xarakter və ya davranış xüsusiyyətləri zamanla münaqişə mənbəyi ola bilər. Başqasının çatışmamazlıqlarını qəbul etmək çətin olsa da, uzun müddət birlikdə xoşbəxt yaşamaq üçün bu vacibdir.
- Qarşılıqlı dözümlülük.
Hər bir sevgi hekayəsinin əsasında məhz bizim fərqli olmağımız dayanır. Onlar bizi cəlb edir, qarşımızdakı insanı daha yaxın tanımağa çağırır, həmin insanı bizim gözümüzdə unikal edir. Biz səhvən güman edirik ki, möhkəm və əsaslı bir münasibət qurmaq üçün bütün məsələlərdə həmrəy olmaq lazımdır.
Sevgi iki nəfərin bir-birinin xüsusiyyətini təşkil edən məqamları görüb anladıqdan sonra doğulur: biz onu məhz olduğu kimi sevə bilərik. Məşhur analitik psixoterapevt Robert Conson belə münasibətləri "yetkin sevgi" adlandırır.
- Ümumi dəyərlər.
İnsanın öz əksi ilə yaşaması mümkün deyil. Lakin sizə tam zidd olan bir insanla da həyat daimi münaqişəyə çevrilə bilər. Bunun üçün əsas dəyərlərdə razılıq tapmaq lazımdır.
Müxtəlif insanların dəyərləri uyğun olmaya bilər, bundan başqa yaşla bu dəyərlər də əhəmiyyətli dərəcədə dəyişilir.
İnsanın həyat dəyərləri onun prioritetlərinin, arzularının və ehtiyaclarının iyerarxiyasını müəyyən edir. Onlardan bizim cəmiyyətdə qurduğumuz həyat, başqa insanlarla yaratdığımız əlaqələr asılıdır.
- Dostluq.
İki insanın həqiqi münasibət yaratmaları üçün yaxınlıq və etibar mütləqdir.
"Ər-arvad dost olmalıdır!" kimi iddianı çoxları qəbul etmir, çünki biz sevgini adətən ehtiraslı, seksual, romantik hiss kimi təsəvvür edirik... Lakin çoxillik tədqiqatlar nəticəsində məlum olub ki, xoşbəxt nikahın əsasında əsl dostluq dayanır.
Dostluq münasibətlərində "zəriflik cərəyanı" var ki, "erotik cərəyanla" yanaşı o ər-arvad ittifaqını təşkil edir.
- Bir-birinizlə söhbət edin.
Uzun sükut yaxınlığının əleyhinə işləyir. Lakin çox da danışmaq lazım deyil...
Partnyorlar arasında söhbət incəsənətdir. Bunun üçün yalnız kommunikasiya qaydalarına riayət etmək kifayət etmir. Partnyorlar arasında anlaşılmamazlıq riski ondan yaranır ki, ünsiyyət üsulu cinsdən, xarakterdən və insanın tərbiyəsindən asılıdır. Ünsiyyət partnyorlara əvəzolunmaz təhlükəsizlik hissi verir: səninlə danışaraq mən sənə sübut edirəm ki, sən mənim üçün varsan...
- Seksdə harmoniya.
Bu yalnız həzz hissi alıb onun başqasına çatdırmaq üsulu deyil. Seks özünü açmaq, yaxınlaşmaq imkanı əldə etmək deməkdir. İki nəfərin qarşısında olan məsələ seksual münasibətlərin zamanla öz təravətini itirməməsidir.
- Ümumi həyat planları və arzular.
İrəli hərəkət etmək üçün cütlük öz gələcəyini görməlidir. Əgər iki insan bir-birini xəyallarında və arzularında ümumi mahiyyət tapmağı bacararsa, bu onlara daim ilham verəcək.
Ailə qurmaq, uşaq sahibi olmaq, ev tikmək, gələn yay məzuniyyətə getmək... Gələcəyi planlaşdırmaq üçün, ən azı münasibətlərin davam edəcəyində əminlik lazımdır.
0 Yorumlar