Vanil dondurma

Vanil dondurmanın daha bir variantını sizə təqdim edirik.

Dondurmanın hazırlanması üçün sizə lazım olacaq:

  • 250 ml süd,

  • 250 ml 30% yağlı qaymaq,

  • təzə yumurtanın 5 sarısı,

  • 80 q şəkər,

  • vanil.


Hazırlıq prosesi:

Südü yaxşıca qızdırın, amma qaynatmayın. Sonra odun üzərindən götürüb təxminən 30 dəqiqə ərzində soyudun.
Yumurtaların sarısını təxminən 10 dəqiqə ərzində şəkərlə möhkəm köpük halına qədər çalın sonra üzərinə vanil əlavə edib təkrar qarışdırın.

Yumurta kütləsini soyumuş südə tökün, yaxşıca qarışdırın və aşağı odda qatılaşana qədər qızdırın. Qarışığı daim qarışdırın və heç bir halda qaynatmayın. Odun üzərindən götürən kimi dərhal soyudun.

Bu zaman qaymağı möhkəm köpük halına qədər çalın. Onu soyudulmuş yumurta qarışığına əlavə edin və mikserlə yaxşıca qarışdırın. Hazır dondurmanı bir qaba yerləşdirib, üzərinə nazik paket çəkib soyuducuya qoyun.
Dondurma tam hazır olana qədər onu daim qarışdırın ki, o kristallaşmasın.

Yorum Gönder

0 Yorumlar