- 1,5 litr süd,
- 750 ml yağlı qaymaq,
- 6 ədəd yumurta,
- 400 q şəkər,
- 3 paket vanil (30 q),
- 3 ç.q. nişasta.
- 6 ədəd banan,
- 1.5 stəkan dondurulmuş və ya təzə qaragilə.
Hazırlıq prosesi:
Südü qaynadın. Yumurtaları şəkərlə ağarana qədər çalın və çalmağa davam edərək üzərinə incə axınla qaynamış südü əlavə edin.
Qarışığı təkrar qazana tökün və daim qarışdıraraq aşağı odda qatılaşana qədər bişirin. Diqqət edin ki, qaynamasın!
Hazır qarışığı soyudun, üzərinə çalınmış qaymaq əlavə edin. Vanil dondurma hazırdır.
Vanil dondurmanı bir neçə hissəyə ayırıb müxtəlif dondurma növü hazırlamaq olar. Məsələn banan əlavə etməklə bananlı dondurma, qaragilə əlavə etməklə qaragiləli dondurma hazırlaya bilərsiniz.

0 Yorumlar