- 1 ovuc təzə reyhan yarpaqları;
- 10 x.q. kərə yağı;
- Bir çimdik vanil;
- 230 q. un;
- 1 ç.q. qabartma tozu;
- 1/2 ç.q. soda;
- 240 q. şəkər;
- 1/2 ç.q. duz;
- 1 ədəd yumurta;
- 200 q. tünd şokolad.
Hazırlıq prosesi:
- Reyhanı doğrayıb tavada kərə yağı ilə qarışdırın və aşağı oda qoyun. Yağ əriyən kimi üzərinə vanil əlavə edin. Oddan götürün və 10 dəqiqə saxladıqdan sonra süzün.
- Dərin kasada unu, qabartma tozunu, sodanı, şəkəri və duzu birləşdirib, üzərinə yağı töküb yaxşıca qarışdırın ki, yağ bütün quru inqrediyentlərə hopsun. Qarışığın üzərinə yumurta əlavə edib xəmir yoğurun. Şokoladı xırdalayıb xəmirə qatın.
- Xəmirdən yumru toplar formalaşdırın və bir-birindən aralı məsafədə tavaya düzün. Peçenyeləri bir balaca yastıladın, sonra nazik paket çəkib 1-2 saatlıq soyuducuya qoyun.
- Sobanı 200°C dərəcəyə qədər qızdırın, peçenyeləri 8-12 dəqiqə ərzində bişirin. Peçenyenin qıraqları bərk, ortası azca yumşaq olmalıdır.

0 Yorumlar