Şokoladlı dondurma

Bu çox sadə, az kalorili, amma çox dadlı bir çərəzdir.

Desertin hazırlanması üçün sizə lazım olacaq:

  • 400 q təbii yoqurt,

  • 70 q şokolad,

  • 1 x.q. şəkərsiz kako,

  • şəkər tozu və ya bal,

  • bir paket jelatin (10 q),

  • 70-100 ml süd.


Hazırlıq prosesi:

Südün yarısında jelatini isladın, bir az qızdırın ki, jelatin ərisin. Qalmış süddə şokoladı əridin və jelatinlə qarışdırın, üzərinə yoqurt, kakao, şəkər tozu və ya bal əlavə edib mikserlə çalın. Dondurmanın tam hazır olması üçün soyuducuya yerləşdirin.

Yorum Gönder

0 Yorumlar