Optikada ixtisaslaşan şirkətlərdən başqa praktiki olaraq azacıq məşhur olan geyim və aksessuar markası da öz eynəklərini istehsal edir ki, o hər qiymət diapazonuna malikdir və istənilən büdcəyə uyğun gəlir. Buna görə xanımlar çox vaxt yeni eynək seçimi vaxtı yalnız onun zahiri görünüşünə və loqotipinə diqqət yetirirlər.
Çoxları hesab edirlər ki, əsl eynəyi saxta eynəkdən ayırmaq çox asandır: bunun üçün qiymətə yönəlmək lazımdır. Amma onuda unutmayın ki, hətta butikdən eynək alarkən onun keyfiyyətli mal olmasına əmin olmaq çətindir.
Gün eynəkləri bizim gözlərimizi günəşdən müdafiə etmək üçündür. Bu əgər belə demək olarsa, "tibbi cihazdır" ki, çərçivəsinin gözəlliyindən asılı olmayaraq gözlərimizin sağlamlığına xidmət edir. Buna görə seçim vaxtı maksimal diqqətli olmaq lazımdır ki, nəticə gözlərinizin sağlamlığına təsir etməsin.
İnsanın günəş şüalarından təbii qoruyucu mexanizmlər var: kirpiklər, qaşlar. Bundan başqa insan müdafiə məqsədi ilə reflektor olaraq gözlərini qıyır. Tünd eynəkdən istifadə zamanı "müdafiə" mexanizmi sönür, bizim göz bəbəyimiz genişlənir və günəş şüaları maneəsiz gözümüzün torlu qişasına və göz bülluruna düşür. Əgər eynəyin şüşələri xüsusi qoruyucu qata malik deyilsə, nəticələr olduqca acınacaqlı ola bilər. Həkimlər hesab edirlər ki, ümumiyyətlə eynəksiz gəzmək keyfiyyətsiz eynəklərdən istifadə etməkdən daha yaxşıdır.
Düzgün eynək seçimi
- Böyük endirimlərə və "fantastik" əlverişli aksiyalara diqqət etməyin.
- Gün eynəyi əldə edərkən onun çexolunun, linzaların silinməsi üçün salfetin və pasportunun olmasına diqqət edin.
- Eynək üçün çexol qalın və qabarıq naxışlı loqotiplə olmalıdır. Salfet yumşaq mikrofib materialdan olmalı, parçanın kənarları tiftiklənməməlidir. Eynəyin pasportu keyfiyyətli kağızdan hazırlanmalı, mətndə orfoqrafik səhvlər olmamalıdır.
- Pasportda şüaların faizi və linzanın blokladığı dalğaların uzunluğu yazılmış olmalıdır. 400 nm. nişanlı eynəklər yüz faizli müdafiəni təmin edir. Yeri gəlmişkən, şüşələrin tündlük dərəcəsi müdafiə dərəcəsi haqqında danışmır, hətta tamamilə şəffaf eynəklərdə belə keyfiyyətli müdafiə ola bilər.
- İç tərəfdə (cınaqlarda) avropa keyfiyyət standartlarına uyğunluq ("CE" nişanı), modelin nömrəsi, cınağın ölçüsü, günəşdən müdafiə səviyyəsi, istehsalçı-ölkə haqqında məlumat yerləşdirilməli, həmçinin rəng işarəsi olmalıdır.
- Eynək alarkən mütləq məhsulun sertifikatını tələb edin.
- Eynəyi mütləq testdən keçirin. Onları taxıb rahatlığını və təsvirin keyfiyyətini qiymətləndirin.

0 Yorumlar