Şəkər xəstəliyi olanlar üçün qış tədarükü

Diabet xəstəliyi olanalar üçün kompot bağlayanda tam yetişməmiş meyvələr götürülür. Diabet xəstəliyi olanlara ən çox bu meyvələr lazımdır: ərik, şaftalı, gavalı, albalı.

Saf-çürük edilmiş meyvələr yuyulur, (qabığı da təmizləmək olar) bir neçə hissəyə bölünür, çəyirdəyi çıxarılır, bankalara yığılır. Kompot üçün meyvə şirəsi, yaxud meyvə əzməsindən istifadə edilir. Dadını yaxşılaşdırmaq üçün hər bankaya 2-3 q limon turşusu əlavə edilir.

Bəzən kompotu bir neçə meyvə qarışığından hazırlayırlar. Məsələn, albalının üstünə moruq şirəsi tökür, gavalının üstünə şaftalı şirəsi və ya əzməsi əlavə edilir.

Meyvənin üstünə tökülən şirə isti olmalıdır. Sterilizə meyvənin növündən asılı olaraq 15-26 dəqiqə çəkir.
Belə xəstələr üçün mürəbbə bişirərkən şəkər əvəz edicilərindən istifadə etmək olar. Bunlardan ən zərərsizi kisilit, sorbit, saxarindir.

Yorum Gönder

0 Yorumlar