Sizə bu məhsulları təqdim edirik.
- Sitruslar.
Acqarına yeyilmiş portağal, naringi və limon allergiyanı təhrik edə və qastritin inkişafına səbəb ola bilərlər. Buna görə, sitruslardan hazırlanmış şirə içməzdən əvvəl yaxşıca qəlyanaltı etmək tövsiyə edilir. - Banan.
Bananın tərkibində çox maqnezium olduğu üçün o ürək-damar sisteminin fəaliyyətinə təsir edə bilər. Bu meyvənin ac qarnına istifadəsi kalsium-maqnezium balansının pozulmasına səbəb ola bilər. - Çiy tərəvəzlər.
Çiy tərəvəzlərin tərkibində mədənin selikli qabığını qıcıqlandıran turşular olur. Buna görə səhər acqarına yeyilmiş tərəvəzlər həzmlə bir çox problemlərə səbəb ola bilər - Yoqurt.
Qəribə səslənsə də acqarına yeyilmiş yoqurtun xeyiri sıfıra bərabərdir. Yoqurtla səhər yeməyindən sonra 2-3 saat sonra qəlyanaltı etmək və ya onu şam yeməyində yemək daha yaxşıdır. Ümumiyyətlə yoqurt və başqa süd məhsulları səhər tezdən o qədər zərərli deyil, onlar sadəcə faydasızdır. - Şirin kartof.
Ac qarına yeyilmiş bu məhsul mədədə ağırlıq və şiş yarada bilər. - Soyuq içkilər.
Səhər tezdən maye qəbulu prosesi həzm yolunu səhər yeməyindən əvvəl "qızdırır", soyuq içkilər isə mədənin və bağırsaqların selikli qabığının qıcıqlanmasına səbəb ola bilər. Maraqlıdır ki, səhər ac qarına içilmiş soyuq içkilər qadınlarda menstruasiya dövrünün pozulmasına da səbəb ola bilər. - Şirniyyat.
Şirniyyat yalnız ac qarnına deyil, ümumiyyətlə zərərlidir. Bu onunla bağlıdır ki, oyandıqdan dərhal sonra mədəaltı vəzi lazımlı miqdarda insulin istehsal edə bilmir ki, bu da qanda şəkərin artımı ilə nəticələnə bilər. - Qəhvə.
- Çoxları öz səhərini qəhvəsiz təsəvvür edə bilmir. Lakin səhər ac qarına içilmiş qəhvə mədənin selikli qabığını qıcıqlandırır, mədə şirəsinin sekresiyasını artırır və qastritin inkişafına imkan yaradır.
- Qırmızı ət.
Bu məhsul kifayət qədər ağırdır. Xüsusilə səhər orqanizmin enerjisiz vaxtı o bu qədər zülalın öhdəsindən gələ bilməz. - Tez hazırlanan səhər yeməkləri.
Karbohidratların zəngin mənbəyi olaraq, bu tip səhər yeməkləri qanda şəkərin səviyyəsini kəskin artırır. Bu səbəbdən nahara qədər siz "canavar" kimi acacaq və nəticədə çox yemiş olacaqsınız. - Kolbasa çörək.
Kolbasa və vetçinanın tərkibinə bir çox zərərli komponent daxildir ki, onların bəziləri xərçəng hüceyrələrinin inkişafına səbəb ola bilən ən zərərli kanserogen maddələrdir. Belə buterbrodlar xüsusilə səhər acqarına, orqanizmin kimyəvi hücuma hazır olmadığı vaxtda daha çox zərərlidir. - Sarımsaq.
Sarımsaq öd kisəsini və mədənin divarlarını qıcıqlandıran allisin maddəsi ilə zəngindir.

0 Yorumlar