Tədricən rasionda olan dəyişikliklər, mikrofloranın yaxşılaşması və həzmin işi həm arıqlamağa kömək edir, həm də ki, çəki artımına səbəb olur.
Növbəti prinsiplər sağlam çəkinin bərpasına və onun saxlanılmasına kömək edəcək:
- Rasionunuza daha çox bitki yağlarını daxil edin — tez-tez avokado, çiy fındıq və tumlardan istifadə edin. Yeməyə kokos və ya küncüt yağı əlavə edin. Çəki yığımı üçün bəzi mütəxəssislər kokos yağı ilə fındıqları uyğunlaşdırmağı məsləhət görürlər (məsələn, kokos yağı əlavə etməklə fındıqlar və quru meyvələr əsasında çərəzlər hazırlamaq olar). Bundan başqa qida rasionunuza daha çox fındıq və ya tumlardan hazırlanmış pastalar əlavə edin.
- Daha çox mənimsənməsi asan olan yarmalardan istifadə edin. Əlavə çəki yığmaq üçün ağ düyü ilə çörək yemək lazım deyil, çünki onlar həzmi pisləşdirə və orqanizmin lazımlı elementlərin mənimsəməsinə mane ola bilərlər. Qarabaşaq kimi yarmalardan istifadə etsəniz daha yaxşı olar.
- Yetişmiş banan və başqa şirin meyvələr, quru meyvələr, hazırlanmış nişastalı tərəvəzlər (balqabaq, batat, çuğundur) və mərci kimi paxlalar ziyansız sağlam çəki yığmağa kömək edir.
- Əgər siz öz gününüzü yeni sıxılmış tərəvəz şirəsindən başlayırsınızsa və şirədən təxminən 20 dəqiqə sonra aclıq hiss edirsinizsə, bu zaman kokos yağı əlavə edilmiş bütöv yarmalardan sıyıq yeməyə cəhd edin.
- Rasionunuzdan kofeini çıxarın. (O yalnız qəhvədə deyil, qara və yaşıl çayda da olur.) Kofein orqanizmi susuzlaşdırır və mədənin və böyrəküstü vəzilərin işinə əks təsir edir. Nanə, çobanyastığı, badrənc, razyana və digər ədviyyatlardan hazırlanmış ot içkilərindən istifadə edin.
- Fiziki fəallıq yalnız çəki atmaq üçün deyil, həm də çəki yığımı üçün lazımdır. İştahın, həzmin yaxşılaşmasından və limfatik sistemin stimulyasiyasından başqa, fiziki tapşırıqlar əzələ kütləsini artırmağa kömək edir.
- İstirahət, rahatlıq və özünə əminlik. Qorxular, stress və gərginlik tez-tez çəki azalmasının amillərindən biri olur. Özünüzü olduğunuz kimi qəbul etməyə və qiymətləndirməyə çalışın, daxili gərginliyi aşağı salın, xüsusi nəfəs texnikalarına yiyələnin, sadə meditasiyalardan istifadə edin. Özünüzü sizi dəstəkləyən insanlarla əhatə edin. İmkan daxilində, bədəni rahatladan yağlı masaj edin. Hər gün 7-8 saat yuxuya ayırmağı unutmayın. İşdən evə gedərkən bütün vacib işlərinizi iş yerinidə qoyun, onları öz başınızda evə aparmayın.

0 Yorumlar