- 1 lt su
- 2/3 su stəkanı şəkər
- 6 paket çay
- 2-3 sm təzə zəncəfil kökü
- 1 limon suyu
- 1 su stəkanı şaftalı suyu
- 2-3 ədəd şaftalı
Hazırlanma qaydası
Bir qazanın içində şəkərlə birlikdə su tökülüb qaynadılır, altını söndürüb içinə çay paketləri qoyulur və üstü strech film ilə örtülərək 10-15 dəqiqə dəmlənməyə buraxılır.
Bir müddət keçdikdən sonra çayın içinə zəncəfil parçaları atılır.
Limon suyu və yalnız 1 şaftalının dilimləri qoyularaq, təkrar ağızı örtülərək ən az 2 saat soyuducuda soyumağa buraxılır. 1 stəkan şaftalı suyu və təzə dilimlənmiş şaftalılar da əlavə olunub qarışdırılır və bol buz əlavə edilərək servis edilir.

0 Yorumlar