Saçların düzgün qurudulması

Hər bir xanım saçqıranlarsız güclü və parlaq saçlara malik olmaq istəyir. Bunun üçün yalnız başınızın yuyulmasına deyil, həm də saçların sonradan qurudulmasına xüsusi diqqət ayırmaq lazımdır.

Saçlar iki əsas üsulla qurudulur: təbii üsul ilə və fenin köməyi ilə. Bu üsulların hər biri öz üstünlüklərinə və çatışmazlıqlarına malik olduğu üçün, onlardan hansının daha yaxşı olduğunu demək çətindir.

Saçların fenin köməyi ilə qurudulması

  • Yaş saçları qurutmayın, ilk olaraq onları dəsmal ilə qurulayın.

  • Çalışın saçlarınız nəm olduqda onları daramayasınız ki, onlar yonulmasın və ya travma almasınlar.

  • Sonra saçlarınızı ayrı-ayrı dəstələrə ayırın və qurutmağa başlayın. Saçlarınızı azca qaldıraraq köklərdən uclarına doğru fen ilə qurudun. Bunun üçün yumru daraqdan istifadə edin ki, bu saçlarınızı gözə çarpan dərəcədə parıltılı edəcək. Bir çox fenlər müxtəlif formalara malikdir ki, siz məhz öz saç tipinizə uyğun birini seçə bilərsiniz.

  • Fenlərin əksəriyyəti isti və soyuq hava funksiyaları ilə təchiz edilmişdir ki, siz onlardan da faydalana bilərsiniz.

  • Saçlarınızı tam qurutmayın, onların bir az nəm qalmasını təmin edin.

  • Feni saçınızdan 8 santimetr məsafədə saxlayın. Yaxşı olar ki, fenin isti havası baş dərinizi yandırmaması üçün başınızı bir az yan tərəfə və ya aşağı əyəsiniz.

  • Quru, rəngli və incə saçlar üçün yaxşı olar ki, fenin aşağı temperaturundan istifadə edəsiniz.


Saçların fensiz qurudulması

Əlavə cihazlarsız saçları müxtəlif yollarla qurutmaq olar: dəsmalın köməyi ilə və ya açıq havada. Buna yaxşı üsul demək olmaz, çünki nəm saçları küləyin və ya isti günəşin altında qoymaq tövsiyə edilmir.

Əgər saçları dəsmalla qurudursunuzsa, bu zaman saçları yolmamaq üçün onları dəsmal ilə burmayın, sadəcə bir az qurudub dəsmalı başınıza sarıyın. Yaxşı olar ki əvvəlcə qızdırılmış dəsmaldan istifadə edəsiniz və o islandıqca onu dəyişdirin.

Saçları barmaqlarınızla da quruda bilərsiniz. Bunun üçün onları bir az dəsmal ilə qurulayın sonra sürətli tempdə barmaqlarınızın vasitəsi ilə onları bir-bir ayırın. Bu üsul saçların tez qurumasına və daha həcmli olmasına kömək edəcək. Bu üsul sadə, rahat və ən əsası təhlükəsiz hesab edilir.
Saçlarınızı günəşin altında qurutmayın, çünki bu onların kövrək olmasına və saçqıranların yaranmasına gətirib çıxaracaq.

Hər bir qadın saçların qurudulması üçün öz üsuluna üstünlük verir. Amma saçların təbii yolla qurudulması daha məsləhətlidir, çünki o saçları və baş dərisini zədələməyəcək.

Yorum Gönder

0 Yorumlar