Saç tökülməsini necə dayandırmaq olar?

Saçların tökülməsi hətta kişilər üçün də ciddi sınaqdır. Xanımlara gəlincə isə, demək olar ki, bu onlar üçün əsl depressiya ilə nəticələnə bilən bir amildir. Bu problemin səbəblərini araşdırıb onun qarşısını almağa çalışacağıq.

Saç tökülməsini bir çox amil provokasiya edə bilər və çox vaxt onlardan hansının əsas olduğunu fərz etmək mümkün olmur. Məhz bu səbəbdən saçların müalicəsi üzrə mütəxəssislər səbəbləri dəqiq araşdırırlar, pasiyentin son zamanlar ciddi stress keçirdiyini, onun gündəlik rasionunun nədən ibarət olduğunu və hətta onun qış aylarında papaqdan istifadə etdiyini müəyyənləşdirirlər.
Saç tökülməsinin ən yayılmış səbəblərini sizə təqdim edirik.

Avitaminoz

Əgər siz saç tökülməsi probleminin şikayəti ilə mütəxəssisə yaxınlaşırsınızsa, bu zaman o sizə vitaminlər və mikroelementlərin yoxlanılması üçün qan analizini təyin edə bilər. Əgər "kor-koranə" müalicə olunmaq istəmirsinizsə, bu zaman müayinədən keçməlisiniz ki, saç tökülməsi problemi müəyyən maddələrin defisitinin nəticəsində yaranmadığı aydınlaşsın. Yeri gəlmişkən, bu problem xüsusilə yaz aylarında aktual olur, çünki bu zaman bizim rasionumuzda meyvə, göyərti və tərəvəzlərdən az istifadə olunur.

Emosiyalar

Çox vaxt saçların tökülməsini güclü emosional sarsıntılar təhrik edir. Həm də bu proses tədricən həyata keçir, çünki saçların stressə "reaksiya verməsi üçün" bir neçə ay lazım olur. Bəs bu halda hansı proses saç tökülməsinə səbəb olur? Stress vəziyyəti üçün tipik emosional gərginlik əzələlərin iradəsiz ixtisarına səbəb olur ki, nəticədə saçlar tökülməyə başlayır.

Günəş, külək və su

Su və günəş bizə sevinc bəxş etdikləri qədər də, təhlükəli ola bilərlər. Dəniz və xlorlu su, ultrabənövşəyi şüalar və kəskin külək bizim saçlarımızın vəziyyətinə neqativ təsir edir. Bu amillərin təsiri altında saçlar solğunlaşır, tezsınan və quru olur, tökülməyə başlayır. Riskləri minimallaşdırmaq üçün, yayda saçlar üçün xüsusi müdafiəedici spreylərdən, qışda isə papaqlardan istifadə edin.

Saçlarımızı xilas edək

Əgər saç tökülməsinə qarşı profilaktik tədbirlərin, vitamin qəbulunun və saçlar üçün qoruyucu vasitələrdən istifadənin heç bir faydası yoxdursa, bu zaman da ümidinizi itirməyin. Bu gün bir saç tökülməsi prosesini dayandırmağa və yeni saçların artmasını sürətləndirməyə kömək edən bir çox müalicə növü mövcuddur ki, siz çəkinmədən mütəxəssislərə müraciət edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar