Romantizm niyə bitir?

Uzun, davamlı bir münasibətdən sonra artıq romantik anların yox olduğunumu fərq etməyə başladınız?

Ya da uzun zamandır axtardığını tapa bilməyən və artıq eşqə inanmayan birisinizmi? O zaman romantizmi dəstək olmanın yollarına belə bir nəzər salsanız yaxşı olacaq...

Bütün münasibətlər, istisnalar xaric, romantizmlə başlayar. Çiçəklər, kartlar, məktublar hamısı gəlməyə başlayar lakin bir gün gəlir artıq nə çiçək gəlir, nə kart yazılar, nə məktub. Bu yalnız sizin müasibətinizdə deyil ətrafınızdakı hər kəsdə belədir. Yaxşı bu təbii bir müddətmi? Özünə uyğun birini axtaran və tapdığında da itirmək istəməyən kişi və qadın gün gəlir də necə belə dəyişir?

Əslində romantizm öldüyündə eşq də yavaş-yavaş ölür. Hər ikisinin də ölmə səbəbini isə 3 hadisəyə bağlaya bilərik; xəyal qırıqlığı, inciklik və sahiblənmə duyğusu.

  1. Xəyal qırıqlığı: İnsanlar və əlaqələr bizi hər vaxt xəyal qırıqlığına uğradar. Bu bilinən bir həqiqətdir. Əlaqənin ən başında qarşımızdakı adam axtardığımız adamdır və ondan yaxşısı yoxdur. Lakin zaman keçdikcə onun bütün xarakter xüsusiyyətlərini tanımaya və onun necə bir insan olduğunu anlamağa başlayarsınız və budur xəyal qırıqlığı… Əslində o sizin düşündüyünüz adam deyil. Bu xəyal qırıqlığı yaşandığı andan etibarən daha az həyəcan hiss etməyə və qarşınızdakı adama daha az maraq duymağa başlayarsınız.

  2. İnciklik: Hər münasibətdə yaşanan bir hadisədir. İnciklik daha çox da ən başdan bəri problemlər yaşanan əlaqələrdə görülər. Verilən sözlərin unudulmasına, görüşlərin təxirə salınması ilə qırılmağa başlayarıq. Daha sonra isə sevgilimizin bizə söylədikləri ya da söyləmədikləri bizi incitməyə başlayar. Kövrəkliklər ehtiyacların aradan qaldırılmaması ilə daha çox artar.

  3. Sahiblənmə duyğusu: Bəlkə bir münasibətiniz var, bəlkə də evlisiniz. Bütün çətinliklərin öhdəsindən gəlmisiniz. Elə deyilmi? Sizin ya da yoldaşınızın bütün marağı uşaqlarda, işdə, yoldaşlarda və s. Artıq bu əlaqə eyni əlaqəmi? Bir-birinizi itirmə qorxusunu itirdiyiniz zaman o əlaqə də romantizm qalmaz. Beləcə hər kəs öz həyatına birlikdə, amma tək olaraq davam edər.


Əgər romantizm sizə bir məna ifadə edir və eşq üçün romantizm deyirsinizsə yazımızda keçənləri təkrar nəzərdən keçirin və bir an əvvəl tədbir alın.

Yorum Gönder

0 Yorumlar