Ramazanda ürəyi yoran 8 səhv vərdiş

İftardan sonra siqaret və çay içmək, çox sürətli yemək yemək, iftar süfrəsindən qalxdıqdan sonra idman salonuna qaçmaq, sahura qalxmamaq... Sağlam kəsləri belə mənfi təsir edən bu səhv vərdişlər, ürək xəstələrində çox ciddi problemlərə yol aça bilir. Nəfəs darlığı, ritim pozuqluqları, hətta infarkt kimi...

Ramazanda ürəyi yoran 8 səhv vərdiş



  1. Səhv: Həkimlə məsləhətləşmədən oruc tutmaq.
    Xroniki xəstəliyi olan kəslər orucluğdan əvvəli mütləq həkimlərin nəzərətindən keçməli və oruc tutmağı planlayırlarsa müsbət rəy almalıdır. "Xroniki xəstəliyi olan hər kəs oruc tuta bilməz" demək doğru deyil. Məsələn gündə tək doza alınan bir antihipertansif dərmanla təzyiqi idarə altına alınan bir xəstə, Ramazan ayında dərman saatını sabitləmək, duz istehlakını məhdudlaşdırmaq, kifayət qədər maye istehlak etmək, ağır və həddindən artıq miqdarda yeməklərdən qaçınmaq şərtiylə oruc tuta bilər.
    Ancaq bu vəziyyətdə olan kəslər oruc tutduqları dövrdə hər gün nizamlı təzyiqi təqib etmələri və təzyiqdə düşmə ya da yüksəlmə meyli gördükləri vəziyyətində mütləq həkimlərinə müraciət etmələri təklif edilir. Çox sayda dərman istifadə edən yeni infakt keçirmiş xəstələr, ciddi ürək qeyri-kafiliyi olanlar isə oruc tutmamalıdır.

  2. Səhv: Su yerinə qazlı və ya şəkərli içkilər içmək.
    İftarda yeməyə başlamazdan əvvəl 1 və ya 2 stəkan su içmək lazımdır. Bütün gün itirilən mayenin yerinə qoyulması və toxluq hissinin meydana gəlməsi baxımından bu çox əhəmiyyətlidir. Qazlı içkilər isə diafraqmanın ürəyə təzyiq etməsinə, bunun nəticəsində də ritim pozuqluqlarına və nəfəs darlığına gətirib çıxarda bilər. Duzlu içkilər də qan təzyiqində yüksəlmələrə yol aça bilir. Şəkərli içkilər qan şəkərində oynamalara səbəb olub, maddələr mübadiləsisinin pozulmasına gətirib çıxarır.

  3. Səhv: Bolca hazır məhsullar və xəmir işləri yemək.
    İftar süfrəsində kolbasa, sosiska və basdırma kimi məhsulları seçmək, gərəksiz yerə duz istehlak etmək, xüsusilə hipertansiyon və ürək çatmazlığı xəstələrini mənfi təsir edir. Hipertansif böhranı (qan təzyiqinin həyatı təhdid edici şəkildə yüksəlməsi nəticəsində yaranan vəziyyət), infarkt, ağciyər şişi kimi ciddi xəstəliklərə səbəb ola bilər.

  4. Səhv: Tək payla oruc tutmaq.
    Sahura qalxmamaq üçün axşam yatmazdan əvvəl yemək yemək və sahurda yalnız su içərək təkrar yatmaq xüsusilə yay aylarında 18 saat kimi uzun bir müddət aç qalınmasına və maddələr mübadiləsi sürətinin yavaşlamasına səbəb olur. Uzun aclıq zamanı qan şəkəri düşür, maye ilə duz itkisi olur və təzyiq düşür.. Bütün gecəni və sabahısı günü aç keçirməmək üçün mütləq sahura qalxılmalısınız.

  5. Səhv: Sahurda ağır yeməklər yemək.
    Sahurda yağlı və ağır qidalar olduğunda maddələr mübadiləsi sürəti yavaş olduğu üçün bədənə alınan qidaların yağa çevrilməsi daha çox olur və ciddi reflü ilə mədə narahatlıqları görülə bilir. Yenə sahurda şəkər məzmunu yüksək qidalar qan şəkərini sürətlə yüksəldir və sürətlə salırlar ki bu da sabahısı gün çox tez acmamıza və qan şəkərinin daha tez düşməsinə gətirib çıxarır.
    Qan şəkərinin düşməsi sonrası şəkəri yüksəltmək üçün bədənin verdiyi cavab, ürəyin daha sürətli atmasına və damarlarda büzülməyə səbəb olaraq ürək xəstələrinə, təzyiq yüksəlməsinə, ürək damar xəstələrində sinə ağrısı, hətta infarkta qədər irəliləyə biləcək vəziyyətlərin meydana gəlməsinə səbəb ola bilir. Ağır yeməklər sonrasında qan axınının mədə və bağırsaqlara yönəlməsi ürək damar tutulmasına səbəb olur.

  6. Səhv: Qan şəkərini sürətlə yüksəldən qidalar yemək.
    Ramazanda edilən ən böyük səhvlərdən biri də, çox sürətli bir şəkildə, çox yüksək miqdarda qida istehlak etməkdir. İftarda sürətli yemək yemək ürək ilə beyinə gedən qan axışının azalmasına, bunun nəticəsində də sinə ağrısı, daha da pis huşunu itirmələrə səbəb ola bilir. Ayrıca mədənin ürəyə təzyiq etməsi nəticəsində ritim pozuqluqları inkişaf edir.

  7. Səhv: İftarın ardından dərhal çay və ya siqaret çəkmək.
    İftar sonrası çox sayda siqaret çəkmək, nikotinin təsiriylə təzyiq yüksəlməsinə, ritim pozuqluqlarının ortaya çıxmasına yol aça bilir. Ayrıca damarlarda büzüşməyə bağlı olaraq sinə ağrısı ilə infakta qədər irəliləyən problemlər meydana gətirə bilir. İftardan sonra çox miqdarda tünd çay istehlak edilməsi zərərlidir. Çay qidalardan alınan dəmirin əmilməsinə maneə törədir, nəbz və təzyiqdə yüksəlməyə yol aça bilir.

  8. Səhv: Ağır idman etmək.
    İftar sonrasında idman salonunda məşq və ya xalça sahədə matç etmək, şikəstlik, ritim pozuqluqları və infarkt meydana gətirir. Ramazanda xüsusilə yay aylarında gün içində ağır məşqdən uzaq dayanmalı. İftar sonrasında yüngül, gediş tərzində fəaliyyətlər seçməlidir.

Yorum Gönder

0 Yorumlar