Yemək yemək, təməl ehtiyaclarımızı qarşılamaq və normal həyat şərtlərinə davam etmək üçün edilməsi şərt olan faktlardandır. Amma yediklərimizin çoxu bədənimizə və dişlərimizə faydalıykən bir o qədəri də zərərlidir. Bəzi qidaların azlığı ya da çoxluğu mədə, ürək, damar xəstəliklərinə və ya diş çürümələrinə, qırılmalarına, diş əti çəkilmələrinə səbəb olur. Bu həftə sizlər üçün, xüsusilə də Ramazan Ayında diqqət yetirilməsi lazım olan məlumatları çatdıracağam.
Yay mövsümünün gəlməsiylə soyuq yemək və içki istehlakı artır. Halbuki diş həssaslığı bəzi kəslərdə dondurma, soyuq içki və hətta meyvə istehlakı ilə belə meydana gələ bilir və gündəlik həyatı kabusa çevirir. Bu nöqtə də çox soyuq yemək və içkilər istehlak etməmənizi tövsiyə edirik. Ramazan ayında, turşulu içkilər iftar axşamlarının imtina edilməz içkiləridir. Yeməkləri, mədə daha asan həzm etsin deyə seçilsələr də dişlərin turşu eroziyaya məruz qalmasına səbəb olurlar. Bu vəziyyətin qarşısını almaq üçün daha az istehlak edilməli ya da arxasından ağız suyla yaxalanmalıdır.
Turşu ehtiva edən və dişlərə zərər verən yeməklərdən bir başqası isə almadır, ağızda yalnız fizioloji təmizlik təmin edir. Alma yeməyin diş çürüklərinin önlədiyi yolundakı inanış gerçəyi əks etdirmir. Əksinə şəkərli və turşulu yeməklər arasında iştirak edən almanın qalıqları diş çürüklərinə gətirib çıxarır. Belə ki bu mövzudakı şərhlər də son dərəcə əhəmiyyətlidır. Alma ağızda yalnız mexaniki, yəni fizioloji təmizlik təmin edər. Neytrallaşdırıcı xüsusiyyəti yoxdur. Ağızı, yemək qalıqlarından təmizləyən almanın ağızda qalan suyu turşuluğu artıracağından, çürüməni sürətləndirər.
Digər tərəfdən, diyet siyahılarının əvəz olunmazı olan qatıq diş və diş ətlərimizi qoruyan yeməklərdəndir. Yaponiya' da aparılan araşdırmalara görə, şəkərsiz qatıq nəfəs qoxusunu aradan qaldırır, diş daşı və diş əti iltihablarını da təbii yollarla qarşısını alır. Digər bir nümunə də nəticələri İngiltərədə nəşr olunan araşdırmaya söykənir. Altı həftə boyunca gündə bir boşqab qatıq yeyənlərin 80% ində nəfəs qoxusuna gətirib çıxaran hidrogen sülfit səviyyəsinin düşdüyü bildirilib. Beləcə Yapon elm adamları, qatığın tərkibindəki maddələrin bu narahatlıqları önlədiyini vurğuladı.
İstehlak etdiyimiz hər yeməyin və içkinin əvvəl ağız və diş sağlamlığımıza sonra da ümumi sağlamlığımıza təsiri vardır. Diş sağlamlığımızı qorumaq istəyiriksə faydalı ya da zərərli olan bu yeməkləri şüurlu bir şəkildə istehlak etməmiz lazımdır.

0 Yorumlar