Hansı rənglər mövcuddur?
Təbiətdə olan bütün rəngləri şərti olaraq üç əsas qrupa ayırmaq olar:
- Əsas rənglər. Bura qırmızı, göy və sarı rəng aiddir.
- İkinci planda olan rənglər. Bu qrupa narıncı, yaşıl və bənövşəyi kimi rənglər aiddir.
- Üçüncü qrup rənglər. Bu rənglər ikinci və əsas qrupda olan rənglərin qarışığından yaranır. Məsələn, sarıya çalan yaşıl rəng.
Təəccüblü olsa da, ağ və qara ümumiyyətlə, rəng hesab edilmir, çünki təbiətdə bu rənglər ilə təmiz halda qarşılamaq demək olar ki, mümkün deyil.
Rənglərin uyğunluq üsulları
Qarderobda rənglərin uyğunluğunun bir neçə üsulu var:
- Monoxrom uyğunluq. Bu faktiki olaraq, bir rəngin müxtəlif çalarlarından istifadədir.
- Axromatik uyğunluq. Burada əsas rəng kimi ağ, qara və boz rəngləri istifadə edilir, çünki bu rənglər universaldır və istənilən başqa tonlarla uyğunlaşa bilir.
- Komplementar uyğunluq – bu kontrast rənglərdən istifadədir. Məsələn: yaşıl və qırmızı, göy və narıncı, bənövşəyi və sarı.
Uğurlu rəng uyğunluğunu seçmək üçün öz görünüşünüzün xüsusiyyətlərini nəzərə alın. Əgər dəriniz tünd rəngdə və qarabuğdayıdırsa, bu zaman sizə narıncı və çəhrayı, qara və qırmızı, qırmızı və boz, bej və yaşıl, gavalı və bej rəng uyğunluğu yarayır.
Solğun dəri və kürən açıq rəngli saç sahibələri şokolad və xaki, qırmızı və şokolad, boz və qara, qara və qum, ağ və qara kimi rəng uyğunluğunu seçə bilər.
Əgər saçlarınız tünd, dəriniz solğundursa, bu zaman qəhvəyi və krem rəngi, qəhvəyi və boz, göy və bej, ağ və bej, sarı və qəhvəyi kimi rəng uyğunluğunu seçə bilərsiniz.
Rəng uyğunluğunun bəzi əhəmiyyətli prinsipləri
- Ağ, boz və qara rənglər istənilən başqa ton ilə uyğun gəldiyi üçün, onlardan cəsarətlə istifadə edə bilərsiniz. Pastel və sakit tonları parlaq tonlar ilə müqayisədə daha rahat uyğunlaşdırmaq olar.
- Komplektdə üç rəngdən çox istifadə etmək tövsiyə edilmir, əks təqdirdə siz tutuquşuna bənzəyəcəksiniz. Bu halda da əsas bir rəng olmalıdır.
- Hesab edilir ki, geyim dəstinin üst hissəsi açıq, alt hissəsi isə tünd rəngdə olmalıdır.
- Sübut edilib ki, tünd rəng çalarları insanı arıq, açıq rəng çalarları isə insanı əksinə, kök göstərir.
- Əgər geyiminiz qara rəngdədirsə, bu zaman siz praktiki olaraq istənilən tonda aksessuarlardan istifadə edə bilərsiniz.
- Əgər geyim rənginiz açıq və sakit tondadırsa, bu zaman siz obrazı canlandırmaq üçün parlaq aksessuarlardan istifadə edə bilərsiniz.
- Əgər siz məsələn, güllü köynək geyinmisinizsə, bu zaman geyiminizin qalan predmetlərini bir rəngdə seçin.
- Bir neçə tünd və ya açıq rəngləri bir-biri ilə uyğunlaşdırmayın, çünki onlar sadəcə bir-biri ilə birləşə və ümumi fonda itə bilərlər.
- Eyni rəngin soyuq və isti çalarlarını uyğunlaşdırmayın.Açıq tonlar günün işıqlı vaxtı üçün, tünd çalarlar isə axşam vaxtı üçün münasibdir.

0 Yorumlar