Ekzotik bitki və meyvə motivləri yayda ən aktual mövzular sayılır. Tropik motivlər məzuniyyət günlərini, çimərliyi və cəngəllikləri xatırladır. Sizə belə naxışlı geyimlərin düzgün istifadəsindən danışacağıq. Neon tonlarda ekzotik bitkilərlə parlaq əşyalar parlaq aksessuarlarla yaxşı görünür. Düzdür, bu zaman da həddi keçmək lazım deyil və bu məqsəd üçün bir aksessuar kifayətdir, qarderobun qalan predmetlərini neytral rənglərdə seçsəniz yaxşı olar (ağ, qəhvəyi və ya tünd göy).
Gül naxışları
Gül naxışlı geyimlər qadınların qarderobunda ən aktual printlərdən biri sayılır. Yay mövsümünü flora mövzusunda olan şəkillər ilə bəzədilmiş donlarsız, toplarsız və ətəklərsiz təsəvvür etmək mümkün deyil. Həm də mövsümdən asılı olaraq bitkilərin bütün məlum növləri aktuallaşır. Bu tip geyimləri vəziyyətdən asılı olaraq müxtəlif cür istifadə etmək olar. Flora naxışlı geyimlər daha çox dəniz stili ilə yaxşı görünür. Ahəngdar obraz üçün güllərlə bir tonda zolağı olan geyimlər seçin.
Zolaq
XX əsrin əvvəlində Koko Şanelin sayəsində zolaqlı geyimlər məşhurluq əldə etdi. O vaxtdan etibarən dəniz zolağı həm də yay simvolu sayılır. Dizaynerlər bir neçə zolaqlı geyim dəsti variantıni təklif edirlər:
- Ağ-qara və ya tünd göy-ağ rəngdə olan klassik zolaqlı geyimlər.
- Vertikal və horizontal zolaqlı geyim dəstləri: Lakin bu zaman unutmayın ki, horizontal zolaq silueti vizual olaraq genişləndirir, vertikal zolaq isə əksinə, onu daha incə göstərir.
Dama-dama naxış
Klassik dama naxışlı geyimlər əsasən payız və qış aylarında aktual olur. Yay mövsümü üçün isə dizaynerlər əksər hallarda minimalistik arxitektur stilində olan damalı geyim dəstlərini təklif edirlər. Bu zaman geyim seçərkən diqqət edin ki, geyim dəstinizin digər elementi dama-dama naxışın əsas rənglərindən biri ilə üst-üstə düşsün.
Noxud naxışları
Xırda noxud naxışlı uzun ətək, sizə retro stilində bir obraz yaratmağa kömək edəcək ki, siz bu obrazı kiçik dabanlı ayaqqabı və qısa köynəklə tamamlaya bilərsiniz. Bundan başqa belə naxış romantik don üçün də əla seçim olacaq.

0 Yorumlar