Müstəqil olaraq stressin öhdəsindən gəlin

Böyük şəhər ritmində biz daim streslərə məruz qalırıq. Bizim orqanizmimiz və psixikamız qoyulmuş məsələlərin öhdəsindən gəlməyə hər zaman hazır olmur. Bəzən sadəcə uzanıb və heç nə etməmək, mənəvi və fiziki istirahət etmək arzusu yaranır. Lakin bizdə hər zaman belə imkan olmur. Biz sizə müstəqil olaraq stressin öhdəsindən gəlmək üçün bəzi məsləhətlər təqdim edirik.

Düzgün gün rejimi

İlk növbədə, öz gününüzün rejiminə diqqət edin. Əgər siz daim yorğunluq və əsəbilik hiss edirsinizsə, bu zaman rejimi qaydaya salmaq lazımdır. Çalışın hər gün eyni vaxt və bir az tez yatasınız.
Səhərinizi müəyyən mərasimlərdən başlasanız daha rahat oyana biləcəksiniz. Zəngli saatın xoşagəlməz siqnalının yerinə sevdiyiniz musiqini qoyun. Səhər yeməyinizi isə axşamdan hazırlayın ki, səhər ona vaxt sərf etməkdənsə rahat

işə hazırlaşasınız

Yuxudan oyandıqdan dərhal sonra müəyyən asan tapşırıqlar etməyi özünüzə vərdiş edin. Gimnastika kontrast duş kimi vərdişlər çox yaxşı gümrahlandırır.

Aromaterapiya və vannalarvanna

Ağır gündən sonra yağlardan hazırlanmış köpüklü rahatladan ilıq vanna fikirlərinizi nizama salmağa kömək edəcək. İşığı söndürün, ətirli şamlar yandırın və sakitlikdən həzz alın.
Ev üçün yüngül və xoş ətirli şamlardan istifadə edin, çünki onlar mənzili istirahət, təbiət, okean haqqında xatirələr ilə dolduracaqlar.

Rahatladan musiqi

Əgər siz stressdəsinizsə, bu zaman özünüzü ağır, sərt və depressiv musiqidən uzaqlaşdırın. Bu dövrdə hamısından yaxşı melodik musiqiyə və ya təbiət səslərinə qulaq asmaqdır.

Dəyərli yuxuyuxu

Özünüz üçün tənbəllik etməyə bir gün seçin. Nəyisə çatdırmayacağınız haqda düşünməyin və istirahət gününə qabaqcadan hazırlaşın. İşdə və evdə bütün işlərinizi bitirin və dost tanışdan sizi bir müddət rahat buraxmalarını xahiş edin. Yuxudan gec qalxın, səhər yeməyini hazırlayıb onu televizor qarşısında və ya sevimli jurnalı oxuyaraq yeyin. Təkrar yataq yerinizə qayıdın və ya kitabla divanda uzanın və qısa bir müddət ərzində sadəcə heç nə etməyin.

İdmanla məşğuliyyətlər

Hərdən hovuza, rəqs dərslərinə baş çəkin, çünki bu stressdən çıxmaq üçün düzgün qərardır. Bir neçə dərs aldıqdan sonra, siz biliklərinizi evdə də tətbiq edə biləcəksiniz.

Təbiətdə istirahəttebietde-istirahet

Əgər boş vaxtınız varsa bu zaman parka, meşəyə, gölə və ya istənilən başqa çarhovuz olan yerə səfər edin. Özünüzlə bir neçə buterbrod, meyvə, kitab və ya pleyer götürün. Gözəl xoş yerdə yerləşib bir az dincəlin.

Telefonsuz bir gün

Gecə telefonu, planşeti və kompüteri söndürün ki, yuxu zamanı sms, elektron poçta gələn məktublar və "layklar" sizi narahat etməsin. Əgər imkanınız varsa bu zaman dünya ilə virtual əlaqəni kəsin və real həyata qayıdın.

Ünsiyyət dairəsiunsiyyet

Xoşagəlməz insanlarla ünsiyyəti dayandırın və ya əgər belə imkan yoxdursa bu ünsiyyəti minimuma endirin.

Pozitiv düşüncə

İstənilən anlaşılmayan və stress vəziyyətində həmişə onun gec-tez həll olunacağı haqqında düşünün. Çalışın ruhdan düşməyəsiniz.

Alış-veriş

Qadını alış-verişdən çox nə sevindirə bilər? Zərif cinsin istənilən nümayəndəsi dəbli don əldə etməkdən bir çox müsbət emosiyalar alacaq. Qadın üçün bu proses terapevt xüsusiyyətlərə malikdir.

Yorum Gönder

0 Yorumlar