Kalsiumdan başqa, onun tərkibinə kalium, dəmir, fosfor və maqnezium, həmçinin bir sıra vitaminlər daxildir. Bundan başqa dondurma çox kalorili və qidalı məhsul olduğu üçün o enerjini bərpa etməyə kömək edir. Sizə limonlu dondurmanın reseptini təqdim edirik.
İnqrediyentlər:
- Süd 250 ml,
- Qaymaq 250 ml,
- Yumurta 4 ədəd,
- Limon 1 ədəd,
- Şəkər 5 x.q.
Hazırlıq prosesi:
- Südü qaynadıb soyudun.
- Limonun qabığını təmizləyib şirəsini sıxın.
- Yumurtanın ağını sarısından ayırın.
- Ayrı bir qabda şəkər, limon qabığını və şirəsini qarışdırın, üzərinə süd və yumurta sarısını əlavə edin. Bütün inqrediyentləri yaxşıca qarışdırdıqdan sonra odun üzərinə qoyun.
- 3-5 dəqiqə ərzində qarışıq qatılaşana qədər qaynadın, sonra qazın üstündən götürüb soyudun.
- Qaymağı bərk köpük halına qədər çalın və üzərinə südlü-limonlu qarışığı əlavə edin.
- Hazır dondurmanı plastik qaba yerləşdirərək ən azı 8 saatlıq soyuducuya qoyun. Dondurmanın daha yaxşı donması üçün onu hər bir saatdan bir qarışdırın.

0 Yorumlar