Köhnə geyimlər yeni stildə

Bu mavi dümdüz bluzdur. Gördüyünüz kimi heç bir xüsusiyyəti yoxdur. Bir qəflət anında özümüzü itirib, gömgöy rənginə vurulub aldığımız bir geyim. Yaxşı, nə edək, heç geyməyəcəyik deyə tutub zibiləmi ataq? Xeyr, durun, bizim bir fikirimiz var. Etməyiniz lazım olan tək şey ən yaxın bəzək - düzək satılan dükana getmək və bu düz bluzu bəzəmək üçün bir neçə aksessuar almaqdır. Biz yaxasını bəzəmək və daha hərəkətli bir hala gətirmək üçün qızıl sarısı kəndir şəklində bir bəzək seçdik. Bu kəndiri boyun qisiminə tikdik və tam fərqli bir bluza sahib olduq.blyuz

Şkafınızda geyə bilməyəcəyiniz qədər qısa bir mini ətəyiniz də ola bilər. Qadınların ortaq çətinliyi alış veriş edərkən özlərinə çox yaraşdığı üçün geyə bilməyəcəkləri şeyləri almaqlarıdır. Lakin kədərlənməyin, bəyənərək götürdüyünüz amma geyməyə heç fürsət tapa bilmədiyiniz bu mini ətək üçün də bir həllimiz var. Bizim ətəyimiz boz olduğu üçün onu bir az rəngləndirmək və hərəkətləndirmək istədik. Buna görə bu mövsümün gözdə olan trendlərindən pastel rəngləri istifadə etdik. Narıncı bir parçanı ətəyin alt qisiminə tikdik, budur qarşınızda yeni bir ətək. Əgər ətəyinizi düz tikə bilməyəcəyinizi düşünürsünüzsə, dərziyə apara bilərsiniz.yubka

İllər əvvəl aldığınız və indiyə qədər bolca geyməyə fürsət tapdığınız bu jileti bilirik ki çox sevirsiniz. (Heç olmasa biz sevirik və imtina etməyə hazır deyilik.) Lakin modası o qədər keçdi ki, heç bir yerdə geyə bilmirsiniz. Təbii ki şkafın dərinliklərində təkrar moda olana qədər gözləməyəcəyik. Edəcəyimiz şey çox sadə, dərzilik. Bilirsiniz ki bu mövsüm qısa qollu pencək və jiletlər qızıl çağlarını yaşayır, siz də bunlar kimi bir jiletə sahib olmaq istəyirsinizsə, kəsməyə başlayın. Əvvəlcə jiletinizin bilək hissəsini , sonra da boyunu istədiyiniz qədər qısaldın. Ən son olaraq da diqqətlicə, jiletinizin sökülməsinə fürsət vermədən rezin tikin. Budur yeni bir jiletiniz oldu.jaket

Uzun və naxışlı paltomuz həqiqətən çox dəbdən düşmüş görünür. Hətta baxdıqca bunu almaq  kimi bir səhvə necə düşdüyümüzü belə həqiqətən bilmirik. Biz də bunun üzərinə bu trençkotu qısaldıb baharlıq bir pencək etməyə qərar verdik. Amma xəbərdar edək bu iş bir az daha çətin olacaq, ona görə əgər özünüzə güvənmirsinizsə, ölçülərinizi alın və dərzinizin qapısını döyün. Biz altı belimizdə bitəcək şəkildə kəsməyi seçdik. Nə deyirsiniz, alındımı?palto

 

Yorum Gönder

0 Yorumlar