Kivi dəri üçün faydalı və lazımlı bir məhsul sayılır, çünki o dərini təmizləyir və onu vitaminlər ilə zənginləşdirir. Sizə kividən üz üçün hazırlanmış bir neçə maska reseptini təqdim edirik.
Nəmləndirici maska.
Kivini əzib yağsız kəsmik ilə qarışdırın. Alınmış maskanı 20 dəqiqə ərzində dərinizə çəkin.
Yayda dəri rütubətini itirir, lakin kivi dərini nəmləndirir və həmçinin cavanlaşdırır. Bunun üçün siz növbəti maska hazırlaya bilərsiniz: kivini və xurmanı əzin, üzərinə blenderdə xırdalanmış armud və alma əlavə edin. Maskanı yaxşı qarışdırın və iyirmi dəqiqə ərzində təmiz üz dərinizə çəkin, sonra maskanı su ilə yuyun.
Yağlı dəri üçün maska.
Limon, qıtıqotu və kivini əzib qarışdırın. Maskanı 15 dəqiqə ərzində üzünüzə çəkin, sonra su ilə yuyub təmizləyin.
Qidalandırıcı maska.
Bananın ½ hissəsiini orta ölçülü kivi ilə əzin. Yumşaldıcı effekt üçün maskanın üzərinə iki xörək qaşığı təbii yoğurt əlavə edin. Maskanı 20 dəqiqə ərzində təmiz üz dərinizə çəkin, sonra su ilə yuyun.
Bərpaedici maska.
Maskanı hazırlamaq üçün kivini təmizləyib əzin, üzərinə ½ ç.q. zeytun yağı və 1 yumurta ağı əlavə edib yaxşıca qarışdırın. Alınmış qarışığa 1 x.q. kosmetik gil əlavə edin. Maskanı iyirmi dəqiqə ərzində üzünüzə çəkin, sonra su ilə yuyub təmizləyin.
Xaş-xaş və kividən hazırlanmış maska.
Kivini təmizləyib 1 ç.q. xaş-xaş ilə yaxşıca qarışdırın. Maskanı masaj edici yüngül hərəkətlərlə üzünüzə çəkin, on beş dəqiqə saxladıqdan sonra su ilə yuyun. Bu maskanın təsirindən sonra dəri minerallar və vitaminlərlə təchiz edilir, bir az şəffaflaşır, qıcıqlanma aradan qalxır. Maska istənilən dəri tipinə uyğundur.
Təmizləyici maska.
Kivini təmizləyib əzin. Maskaya heç nə əlavə etmədən iyirmi dəqiqə ərzində qalın qat ilə üzünüzə çəkin, sonra isə su ilə yuyub təmizləyin.
Solğun dəri üçün maska.
Kivini təzmizləyib xırda-xırda doğrayın, üzərinə 1 ç.q. bal əlavə edin. Maskanı 15 dəqiqə ərzində üzünüzə çəkin, sonra su ilə yuyun. Maskadan sonra dəri C vitamini ilə zənginləşir və qocalma prosesi dayanır.
Vitaminli maska.
Kivini təmizləyib bananın ½ hissəsi ilə əzin. Alınmış qarışığa 1 x.q. kəsmik əlavə edin. Maskanı 20 dəqiqə ərzində qalın qatla üzünüzə çəkin, sonra su ilə yuyub təmizləyin.
Yağlı dəri üçün maska.
Eyni miqdarda limon, kivi və qıtıqotunu əzib qarışdırın. Maskanı 10 dəqiqə ərzində üz dərinizə çəkin sonra su ilə yuyub təmizləyin.
Cavanlaşdırıcı maska.
Eyni nisbətdə alma, armud, xurma və kivini təmizləyib qarışdırın. Maskanı 20 dəqiqə ərzində üz dərinizə çəkin, sonra suda isladılmış pambıq tikəsi ilə təmizləyin.
Kividən maskalar etməzdən əvvəl, onu əlinizin iç hissəsinə çəkib ona qarşı allergiyanızın olmamasına əmin olun.

0 Yorumlar