Siz düşünürsünüz ki, əgər yoldaşınız sizi tüklü ayaq və makiyajsız görsə, o sizi artıq sevməyəcək? Nifrət oyadan "portağal qabığına" görə narahat olursunuz? Amma nahaq! Sən demə kişilər buna hətta fikir vermirlər. Cosmopolitan jurnalının eksperti bu haqda CNN kanalının efirindən danışıb. "Məlumdur ki, kişilər detallara çox diqqət etmirlər. Bu o demək deyil ki, bizim heç nə vecimizə deyil, biz sadəcə bəzi şeylərə diqqət etmirik".
Kişilər daha nəyə fikir vermirlər?
- Makiyajın yoxluğuna - Məlum olub ki, kişilər çox vaxt qadının makiyajda olub olmamasını müəyyən edə bilmirlər. (Əlbəttə söhbət yüngül makiyajdan gedir.) Buna görə xanımlar hətta mağazaya belə gedərkən makiyaj etmək kimi qəribə qaydanı unuda bilərlər.
- Ənlik - Kişilər ənliyin nə olduğunu çətinliklə təsəvvür edir, buna görə sizin ondan istifadə edib etmədiyinizi onlar bilə bilmirlər.
- Yeni saç kəsimi - Əgər siz gözəllik salonundan çox qısa saç düzümü və ya tamamilə keçəl gəlməmisinizsə, bu zaman yoldaşınız sizin "radikal" imic dəyişikliyinizə fikir verməyəcək.
- Saç boyanması - Əgər siz saçlarınızın rəngini bir qədər dəyişmisinizsə, bu zaman bunu yalnız sizin rəfiqələriniz görəcək. Əgər yoldaşınızın belə dəyişikliyə diqqət etməsini istəyirsinizsə, bu zaman saçlarınızı tamamilə kontrast rənglə boyayın.
- Gözlərin altında tünd dairələr - Göz ətrafı dəriyə gündəllik qulluq edib, çobanyastığıdan müxtəlif kompresləri edirsinizki gözləriniz yorğun görünməsin? Rahatlayın, çünki kişilər sizin gözlərinizin altında yaranan kölgələrə fikir vermirlər.
- Sellülit - Statistikaya görə, "portağal qabığı" 95% qadınlarda var, lakin kişilər bu qüsuru da həmçinin görmürlər. Əlbəttə bu öz üzərinizdə işləməməyə səbəb deyil, bu yalnız parlaq bikinidə özünüzü rahat hiss eləmək üçündür.
- Dodaq boyası - Kişilər üçün mərcanı, bordo, fuksiya, koral rəngi kimi dodaq boyası yoxdur, onlar bütün parlaq rəngləri qırmızı rəng kimi görürlər. :)

0 Yorumlar