Yay mövsümündə bütün gün hündür daban ayaqqabılarda gəzmək üçün ayaqqlarınızın gözəlliyi və sağlamlığına diqqət etmək lazımdır.
Hündür daban ayaqqabı geyinən qadın çox zərif və cazibədar görünür. Lakin bu zaman əfsuslar olsun ki, ayaqlarda qabarlar, şişlər, damarlarla problemlər və s. xoşagəlməz hallar yaranır. Bu tip ayaqqabılardan istifadə etmək üçün, ayaqlar üçün xüsusi gimnastika və düzgün istirahətə diqqət edin.
Bəzən axşama doğru ayaqlar çox yorulur və ağrımağa başlayır. Hərçənd ki, siz heç ofisdən kənara çıxmamısınız və bütün günü kompüter arxasında keçirmisiniz. Belə olduğu halda çalışın ayaqqabılarınızı çıxarıb ayaqlarınızı uzadasınız.
Siz hündür daban ayaqqabılarda gəzdiyiniz zaman ağırlıq mərkəzi yerini dəyişərək onurğaya və dizlərə yüklənmə artır. Bu halda baldır əzələləri daimi gərginlikdə qalır və nəticədə ayaqlarınızda yorğunluq hissi və şişlər yaranır.
Bu problemlərə qarşı kömək edə biləcək ən sadə tapşırıq - ayaqyalın gəzməkdir. Bundan başqa siz ofisdə olduğunuz halda da bəzi hərəkətləri edə bilərsiniz: bunun üçün sadəcə ayağınızı gah dabanın üstünə qaldırın, gah da ki, barmaqlarınızın ucuna.
Daha bir sadə tapşırıq: stulda oturaraq, ayaqlarınızı dizdən yığın və barmağınızın ucuna qalxıb təkrar enin. Bundan başqa ayaq üstündə olduqda dabanlarınızın altına çox hündür olmayan bir predmet qoyun və divardan tutaraq barmaqlarınızın ucuna və geri hərəkətlər edin (bu hərəkətləri yorulana qədər təkrar etmək olar).
Bundan başqa siz ayaqlar üçün xüsusi soyudan sprey əldə edə bilərsiniz (onu hətta kapron corabların üzərindən vurmaq olur), ayaq altı üçün xüsusi yumşaldıcı və soyuducu gellərdən və kremlərdən istifadə edə bilərsiniz və əgər imkanınız varsa həftədə bir dəfə peşəkar salon prosedurlarına müraciət edə bilərsiniz.

0 Yorumlar