İdeal büstqalter necə olmalıdır?

Mamoloqlar xəbərdar edir ki, məhz yanlış seçilmiş büstqalter sinə xəstəliklərinin səbəbi ola bilər. Bundan başqa, uyğun olmayan büstqalter geyimin sizin əyninizdə yaxşı oturmamasına səbəb olur.

Bəs xanımlar üçün bu vacib alt geyimini seçərkən nəyə diqqət etmək lazımdır?

  • Büstqalter seçərkən ən son qarmağa düymələnən modelini seçin, çünki istifadə zamanı və yumadan sonra material dartılır. Beləliklə bu ehtiyatın köməyi ilə siz gələcəkdə büstqalterinizin həcmini nizama sala biləcəksiniz.

  • Əmcəklərin vəziyyətini yoxlayın. Mükəmməl geyimdə əmcəklər çiyin və dirsək xəttinin ortasına düşməlidir.

  • Büstqalterlərinizdən növbə ilə istifadə edin. Həddindən artıq çox istifadə zamanı geyim öz elastikliyini və sinəni yaxşı saxlama qabiliyyətini tez itirir. Buna görə bir büsqalteri iki gündən çox ardıcıl olaraq geyinməyin, onu başqası ilə dəyişin.

  • Büstqalter seçərkən öz ölçünüzdə olan geyimə üstünlük verin. İdeal olaraq, alt geyimini siz hiss etməməlisiniz.

Yorum Gönder

0 Yorumlar