Əhval-ruhiyyəni yüksəldən üç yay yeməyi

Baxmayaraq ki, indi yay meyvələri demək olar ki, bütün il boyu əlçatan olur, onlardan bəziləri yenə də mövsümdə çox dadlı olur.

Bol və əlçatan olmasından başqa, məhz yayda bu meyvələr xüsusi dada malik olur və istidə onlar sərinlik və təravət saçırlar. Amma bundan başqa bu yay məhsullarından bəziləri insanı daim yaxşı əhval-ruhiyyədə saxlaya bilir.

Hərçənd pis əhval-ruhiyyə və depressiya daha çox qış aylarına aid bir haldır, bəzən biz yayda da onlarla üz-üzə gəlirik. Bunun bir çox mümkün səbəbləri mövcuddur. Bəzən olur ki, ənənəvi yay "həzzləri" baha olmaları, bəzən isə mənasız olmaları ilə bağlı bizi qıcıqlandırmağa başlayır.yaya-yemeyi

Yay depressiyası istiyə dözümsüzlük və ya əvvəlki gümrahlığın və enerjinin yoxluğu ilə əlaqəli ola bilər. Ola bilər ki, yaxın və ya sevdiyiniz bir insanın sizin yanınızda olmaması və ya digər səbəb sizi qıcıqlandırsın.
Ancaq necə olursa olsun özünüzə təslim olmağı rəva görməyin. Bu qəribə səslənsə də, bəzi diyetoloqlar iddia edirlər ki, bir sıra yeməklər bizim depressiyaya qarşı sabitliyimizi artıra, əhval-ruhiyyəmizi yüksəldə və eyni zamanda bizim ümumi sağlamlığımızı yaxşılaşdıra bilər. Beləliklə, sizə 3 belə sadə yay yeməyini təqdim edirik.

  1. Qarpız.
    Qarpız pis əhval-ruhiyyəyə qarşı əla vasitədir. Onlar qan dövranını stimullaşdıran və beyinin toxumalarını müdafiə edən təbii antioksidləşdiricilərlə zəngindir. Bu ümumi tonusun saxlanılması və sağlamlıq hissi üçün əhəmiyyətlidir ki, bu da sabit, yaxşı əhval-ruhiyyə ilə müşayiət olunur. Emosional sferaya pozitiv təsirdən başqa, o bəzi xərçəng xəstəliklərinə qarşı profilaktik təsirə malikdir. Bundan başqa isə qarpız sadəcə çox dadlı bir giləmeyvədir!

  2. Təzə tərəvəzlərdən və meyvələrdən hazırlanmış salatlar.
    Salatlar – yay mövsümüsündə çox gözəl qidalı maddələr mənbəyidir. Siz ona istənilən meyvə və tərəvəzlər, fındıqlar və tumlar əlavə edə bilərsiniz ki, nəticədə isti havanı daha rahat keçirtməyə kömək edəcək çox gözəl yemək hazırlamış olacaqsınız.

  3. Qarğıdalı.
    Sağlamlıq üçün faydalı karbohidratlarla zəngin qarğıdalı daha bir klassik yay yeməyidir ki, o qanda serotoninin səviyyəsini artıra bilir. Serotonin əhval-ruhiyyəni yüksəldən hormondur. Buna görə, belə faydalı məhsullar ilə qidalanaraq siz ümumi əhvalınızı yaxşılaşdıracaq və özünüzü depressiyadan müdafiə etmiş olacaqsınız.


Qidalanma bizim fiziki və psixi vəziyyətimizə çox böyük təsir göstərir. Buna görə təbiətin bizə verdiyi çox gözəl imkanlardan istifadə etmək lazımdır.

Yorum Gönder

0 Yorumlar