Lazım olan ərzaqlar:
- 500 qr orta yağlı 2 dəfə çəkilmiş qıyma (Dana döş ətindən)
- 1 çay qaşığı duz
- 1 çay qaşığı qara bibər
- 1 yemək qaşığı kərəyağı
Hazırlanma qaydası:
Qıyma, duz və qara bibəri geniş bir kabın içərisində 2-3 dəqiqə yoğurun. Zamanına diqqət yetirin çünki daha çox yoğursanız küftələr bərk olar. Yoğurduğunuz qıymanı 4-5 parçaya ayırıb küftə şəklini verin. Küftələrin içərisinə kiçik bir parça kərəyağı qoyub içində qalacaq şəkildə bağlayın. Bişirmədən əvvəl 1 saat bağlı bir qabda gözlətmənizi təklif edərik. Bişirmədən 15 dq. əvvəl çıxarıb bişirə bilərsiniz.
Qeyd: İstəsəniz vəsaitlərə 1 orta boy soğan, cəfəri və bir az da un qata bilərsiniz.
Nuş olsun...

0 Yorumlar