Gün ərzində neçə dəfə qida qəbul etmək lazımdır?

Bəzi ekspertlər gün ərzində ən azı 5 dəfə qidalanmağı, digərləri isə yalnız 3 dəfə qida qəbul etməyi tövsiyə edirlər. Başqa bir qrup mütəxəssis təkid edir ki, insana iki və ya bir dəfəli qidalanma da kifayət edir. Bu fikirlərin hansının düz olmasını aydınlaşdırmağa çalışaq.

5-dəfəlik qidalanma

Bir çox müasir diyetoloqlar iddia ki, gün ərzində 5 dəfə qidalanmaq lazımdır. Bu zaman kiçik porsiyalardan istifadə etmək məsləhət edilir. Nəticədə mədəniz daha az yüklənəcək və bu da həzmin yaxşılaşmasına səbəb olacaq.

3-dəfəlik qidalanmaqidalanma

Gün ərzində üç-dəfəlik qida qəbulu artıq klassik normaya çevrilib.
Üçdəfəlik qidalanma vaxtı qida qəbulu arasında təxminən 5 saat ara olur və sizin iş gününüz yalnız bir dəfə (nahar zamanı) parçalanır ki, qalan vaxt siz fikirinizi işinizə cəmləşdirə bilərsiniz.
Əgər sizdə bu alınmırsa və artıq qida qəbulundan bir saat sonra siz yenidən yemək istəyirsinizsə, bu zaman problem sizin menyunuzdadır. Buna görə menyunuzu dəyişib çalışın karbohidratlı məhsullardan az istifadə edəsiniz.

2-dəfəlik qidalanmaqidalanma1

19-cu əsrin əvvəlinə qədər insanlar gün ərzində 2 dəfə qidalanırdılar. İlk qida qəbulu təxminən səhər saat 10:00-a (insan günəşin doğması ilə oyanırdı). Şam yeməyi isə təxminən axşam saat 18:00-a təsadüf edirdi. Beləliklə, qida qəbulu arasında kifayət qədər uzun müddət alınırdı. Lakin buna baxmayaraq, məhsullar təbii olduğu üçün insanlarda heç bir problem yaranmırdı.

1-dəfəlik qidalanma

Qədim yunanlılar və romalılar gün ərzində bir dəfə qidalanırdılar. Bu tip qidalanma rejimi Qədim İran və Qədim İsrailə də uyğun idi. Diyetoloqların fikrincə isə kifayət qədər az qidalanan insan köklüyə meyilli olur. Lakin bu insanlar kök deyildilər, çünki həmin vaxt məhsulları bir qayda olaraq, çiy halda istifadə olunurdu və qida əsasən meyvə və tərəvəzlərdən ibarət idi. Ət kimi məhsul həmin vaxt çox nadir hallarda istifadə olunurdu.

Nəticə:

  • Gün ərzində neçə dəfə qidalanmağınız deyil, nə yediyiniz önəmlidir.

  • Normal qidalanma rejimi rasiona daha ciddi yanaşmağı məcbur edir.

  • Çox güclü aclıq hissi zamanı gün ərzində qəbul etdiyiniz qida məhsullarına diqqət edin.

Yorum Gönder

0 Yorumlar