Mükəmməl dəriyə sahib olmaq üçün yalnız krem kifayət etmir. Bu səbəbdən biz sizə bir neçə əsas gözəllik sirlərini təqdim edirik.
- Qulluqedici vasitələrdən sui-istifadə dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Pilinq və skrablardan intensiv istifadə zamanı isə dəri strukturu zədələnir. Bu səbəbdən yalnız tərkibində çox sərt kimyəvi elementlər və aromatizatorlar olmayan daha yumşaq vasitələrdən istifadə edin.
- Gündəlik qulluğun effektivliyini artırın. Əgər yaşlanma əleyhinə olan kremdən əvvəl təbii orqanik yağdan istifadə etsəniz, bu zaman kremin inqrediyentləri dəriyə daha tez hopacaq.
- Üz dərisinin rəngini normallaşdırın. Üz dərisində qırmızı ləkələrdən qurtulmaq üçün sadəcə buz sovurmaq lazımdır.
- Əgər siz yağlı parıltısız yüngül, amma parlaq makiyaj etmək istəyirsinizsə sadəcə tonal kreminizə parlaq maye əlavə edin. Bütün makiyaja təravətin verilməsi üçün isə ondan göz qapaqları üçün kölgə əvəzinə istifadə edin.
- Yay aylarında tonal kreminizin sizin qaralmış dəri çalarına uyğun olmasını istəyirsinizsə, bu zaman onun tərkibinə bir az maye bronzatorundan əlavə edin (4:1 nisbətində).
- Dərinizdə yumşaq, təbii qaralma varsa, bu zaman əsas məsələ onu vurğulamaqdır. Bu məsələnin öhdəsindən təbii dodaq boyaları və balzam çalarları yaxşı öhdəsindən gəlir. Yayın əsas çalarları - mərcanı, zərif çəhrayi və şaftalı rənglərdir.
- Piqmentasiyanın azaldılması. Bəzən dirsək və diz sahəsində çatlar və quruluq əmələ gələ bilər. Onları limonun yarısı ilə silin ki, yenidən yumşaq və qulluq olunmuş görsünsün. Üzdə çilləri azaltmaq üçün, üz kreminizə limon şirəsi əlavə edin.
- Sinə dərisi həmçinin qırışların profilaktikasına da ehtiyac duyur. Yaşlanmaya qarşı vasitələri təkcə üz və boyun nahiyəsinə deyil, sinənizə də çəkin.
- Demakiyaj. Sirr deyil ki, hətta ən profesional dekorativ kosmetika vasitələri dəri hüceyrələrini tutur. Buna görə gözəl dəriyə sahib olmaq üçün mütləq demakiyaj proseduruna riayət edin.
- Sağlam qida — qulluğun ən əhəmiyyətli elementidir. Çalışın bütün lazımlı elementləri alasınız: zülal, karbohidratlar və yağlar.
- Daim ölü hüceyrələrdən qurtulun.
- Günəşdən müdafiə. Hiperpiqmentasiya və vaxtından tez qocalma bizim gündən qoruyucu vasitələrdən istifadədə səhlənkarlığımızdan xəbər verir. Dərinizi qoruyun və mütləq qoruyucu kremlərdən istifadə edin.
- Hər həftə mövsüm və problemlərinizdən asılı olaraq müxtəlif maskalardan istifadə edin: nəmləndirici, qidalandırıcı və ya təmizləyici.
- Əl-üzünüzü yuduqdan sonra həmişə üz kremindən istifadə edin.
- Unutmayın ki, boyun və dekolte zonası da üzünüz kimi xüsusi qulluq tələb edir.
- Yeni nəsilin texnologiyalarının köməyi ilə dərinizin gözəlliyini saxlamaqdan çəkinməyin.
- Gün ərzində 1,5-2 litrə qədər su içmək lazımdır ki, dəri gözəl və nəmləndirilmiş qalsın. Əks halda dəri çox quruyur və bu xırda qırışların yaranmasına imkan yaradır.
- Gündə ən azı 8 saat yatın. Daim yuxunuzu aldığınızda halda dəriniz sağlamlıq saçacaq.
- Gün ərzində bir dəfə üz üçün xüsusi gimnastika və ya masaj edin.
- Dodaqlar üçün bərpaedici və nəmləndirici kremlərdən istifadə edin.
- Hamama gedin. Hamam əla möhkəmləndirici və canlandırıcı təsirə malikdir.
- Heç vaxt sızanaqları sıxmayın, çünki bu onların sağalmasını ləngidə və piqment ləkələrin yaranmasına səbəb ola bilər.
0 Yorumlar