Qadınlar daim gözəl və cavan qalmaq istəyir, lakin həyatın sərt həqiqətinə qarşı dayanmaq olmur və yaş keçdikcə dəri solmağa başlayır və qırışlar əmələ gəlir. Bizə isə yalnız dərimizi təravətli saxlamaq üçün ona daim qulluq etmək qalır. Sizə qırışlara qarşı bir neçə maska resepti təqdim edirik.
Qırışlara qarşı banandan hazırlanmış maska
Banan qırışlardan qurtulma üçün ən yaxşı vasitədir. Beləliklə bananın yarısını püre halına qədər əzib dairəvi hərəkətərlə alın nahiyəsinə, sonra boyun nahiyəsinə çəkin. Maskanı 20 dəqiqə saxladıqdan sonra onu ilıq su ilə yuyun, sonra sərin su ilə yaxalayın.
Kartof və alma ilə hazırlanmış maska
Bir orta ölçülü kartof və almanı blenderdə püre halına qədər xırdalayın. Maskanı yarım saat ərzində üz dərinizə çəkin (göz ətrafı sahəyə toxunmayın!), sonra sadəcə ilıq su ilə yuyub təmizləyin.
Bal və yerkökü ilə maska
1 x.q. balı ¼ ç.q. yerkökü şirəsi ilə qarışdırıb üzünüzə çəkin. Maskanı ilıq su ilə yuyub təmizləyin. Bu maska dərini yumşaldacaq və qırışları azaldacaq.
Qırışlara qarşı maska
3-4 dilim avokadonu əzib üzərinə 0,5 ç.q. badam yağı əlavə edin və yaxşıca qarışdırın. Maskanı yüngül masajedici hərəkətlərlə üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra maskanı ilıq su ilə yuyub təmizləyin. Badam yağının yerinə yaxşı keyfiyyətli zeytun yağından da istifadə etmək olar.
Qocalmaya qarşı güclü krem
1 qaşıq qurudulmuş ərik, moruq və çiyələyi əzib qarışdırın. Üzərinə yarım stəkan süd və 1 ç.q. pekan fındığın yağını əlavə edib həmcins konsistensiya alınana qədər aşağı odda qızdırın. Krem hazır olduqdan sonra, ona soyudun, sonra qalın qatla üzünüzə və boyununuza çəkin. Maskanı üzünüzdə 20 dəqiqə saxladıqdan sonra onu pambıqla təmizləyin və üzünüzü təmiz su ilə yaxalayın.
Qocalmaya qarşı maska
0,5 ç.q. təzə nanə yarpaqlarını, kalendulanı və pıtrağın kökünü əzib 1/4 stəkan zeytun yağında isladın. Maskanı 1 həftəlik soyuducuya qoyun ki, bütün inqrediyentlər bir-birinə yaxşı qarışıb hopsun. Maskanı gecə yatarkən bolluca göz ətrafı sahəyə çəkin, amma diqqət edin ki, o gözünüzə düşməsin. Müntəzəm istifadə zamanı siz göz altında olan qırışlardan tezliklə qurtula biləcəksiniz.
Bu maskalar təbii və effektivdir. Əgər siz onlardan daim istifadə etsəniz, çox su içsəniz və faydalı məhsullar ilə qidalansanız, nəticədə təravətli dərinizinin olduğuna sevinəcəksiniz.

0 Yorumlar