Cavanlaşdırıcı maska
Bu maska həm gənc, həm də ki, 50 yaşından yuxarı olan xanımlara uyğun gəlir. Maskanın tərkibi:
- Bir ədəd təmizlənmiş yerkökü;
- 0,5 yetişmiş avokado;
- 1 x.q bal;
- təxminən 0.5 qaşıq zeytun və ya yaxşı kokos yağı;
- 1 ç.q. təzə sıxılmış limon şirəsi;
- yumurtanın sarısı.
Hazırlıq prosesi:
Yerkökünü azca qaynadıb çəngəl ilə əzib püre halına salın. Avokadonu həmçinin püre halına qədər əzib yerkökü ilə qarışdırın. Maskanın üzərinə bal, sonra damcı-damcı limon şirəsi, sonra isə yumurta sarısını əlavə edib əl ilə yaxşıca qarışdırın. Maska hazırdır, indi üzünüzü təmizləyib maskanı çəkə bilərsiniz (yalnız göz ətrafı dəriyə toxunmayın). Maskanı üzünüzdə 15 dəqiqədən çox olmamaq şərti ilə saxlayın, sonra ilıq suda isladılmış süngər ilə təmizləyib üzünüzü kağız salfetləri ilə qurudun. Maskadan sonra üzünüzə nəmləndirici krem çəkin.
Balqabaqdan hazırlanmış cavanlaşdırıcı maska
Belə maska dərinin cavanlaşdırılması üçün çox yaxşıdır və praktik olaraq hər növ dəri tipinə uyğundur. Maskanın tərkibi:
- 0.5 stəkan balqabağın təzə meyvə əti,
- 2 ədəd orta ölçülü yumurta,
- 2 qaşıq badam südü,
- quru dəri üçün 1 ç.q. keyfiyyətli bal, yağlı dəri üçün isə 2 ç.q. ya mərcanı şirəsi, ya da ki, keyfiyyətli alma sirkəsi əlavə edin.
Hazırlıq prosesi:
Balqabağı pasta halına qədər xırdalayın, üzərinə yumurta əlavə edib yaxşıca qarışdırın. Sonra isə qalan komponentləri maskanın üzərinə əlavə edin və səliqəli hərəkətlərlə qarışdırın. Maskanı uzanıq vəziyyətdə təmiz üz dərisinə çəkmək lazımdır. 15 dəqiqə saxladıqdan sonra pampıq vasitəsi ilə hər yeri batırmamaq üçün maskanın qalıqlarını üzdən təmizləyin, sonra vanna otağında bir az sərin su ilə üzünüzü yuyub təmizləyin. Üzünüzü qurutduqdan sonra dərhal nəmləndirici krem çəkmək lazımdır.
Yaxşı dəri üçün nə lazımdır?
- Nəmləndirici – qırışlar daha çox quru dəridə yaranır, lakin nəmləndirilmiş dəri uzun müddət öz elastikliyini saxlayır.
- Gündən qoruyucu krem - günəş şüaları qırışların yaranmasının 1 nömrəli səbəbidir. Dərinizin rəngi nə qədər açıq olarsa, siz o qədər günəş şüalarından yaranan qırışlara qarşı həssas olacaqsınız.
- Əgər sizin dəriniz yağlıdırsa, bu zaman özünüzü xoşbəxt hesab edə bilərsiniz. Tədqiqatlar göstərir ki, yağlı dəri qırışların yaranmasına daha az meyillidir.
- Çox isti sudan istifadə etməyin, sanki isti su dərini onun təbii yağlarından məhrum edir. Bunun əvəzinə üzünüzü təmizləmək üçün ilıq sudan və ya xüsusi vasitələrdən istifadə edin.
- Gecə və ya səhər makiyajdan əvvəl nəmləndirici yağlardan istifadə edin.
- Sabundan çox az istifadə edin, bunun yerinə duş üçün yumşaq gellərdən istifadə edə bilərsiniz.
- Duşdan sonra dərinizi kokos və ya badam yağı ilə nəmləndirin.
- Üzünüz üçün yaxşı skrab seçin və ya evdə özünüz hazırlayın. Bunun üçün kokos yağı və qəhvəyi şəkər lazım olacaq.
- Həftədə 1-2 dəfə qidalı və nəmləndirici maskalar edin.

0 Yorumlar