Dəbli və gözəl görünməyin üsulları

Bütün xanımlar yalnız gözəl deyil, həm də seksual görünmək istəyirlər. Buna nail olmaq üçün sizə bəzi məsləhətlər təqdim edirik.

  1. Maqnit kimi.
    Özünüzə ətir seçərkən tərkibinə vanil daxil olan ətirlərə üstünlük verin. Ətir istehsalçıları iddia edirlər ki, bu tip ətirlər ən hissiyyatlı ətirlərdən biridir.

  2. Sonsuz imkanlar.
    Ənliklərdən, kirşandan və tonal kremdən istifadə edərkən onların üzünüzə tam yayılıb hopmasına diqqət edin ki, üzünüzdə bu vasitələrin xətləri qalıb obraznızı korlamasın.

  3. Şərab rəngi.
    Bir çox kişilər sizin "şərab" rəngində olan dodaqlarınızın "dadına baxmaq" istəyəcək. Gavalı, giləmeyvəli və ya üzüm rəngində olan dodaq boyaları mövsümün əsas trendidir. Lakin unutmayın ki, parlaq dodaq boyasını ya çox səliqəli və dəqiq çəkmək lazımdır və ya ondan ümumiyyətlə istifadə etmək lazım deyil.

  4. Dağınıq saçlar.
    Sizin saç düzümünüzə baxanda elə bir təəssürat yaranmalıdır ki, güya siz ona çox az vaxt sərf eləmisiniz, həm də saçlarınızı sona kimi qurutmamısınız.

  5. Flakonda günəş.
    Yaxşı tonlaşdırıcı vasitə günəş şüası kimi təsir edir. O dərini həm qaraldır, həm də onu hamarlaşdırır.

  6. Təbii qaş forması.
    Bu mövsümdə qaş korreksiyasını unudun və ya bunu çox səliqəli edin ki, qaşlarınızın təbii sıxlığını və təbii formasını dəyişməyəsiniz.

  7. Bir quş.
    Səhər yuxunuzdan on dəqiqəni gözlərinizin makiyajı üçün ayırsanız zərifliyinizi effektiv dərəcədə vurğulamış olacaqsınız.

  8. Parlaq saçlar.
    Əgər saçlarınız parıldayırsa, deməli onların və sizin orqanizminizin vəziyyəti tam qaydasındadır. Sağlamlığınızın qeydinə qalın və saçlar üçün parıltı verən vasitələrdən istifadə etməyi unutmayın.

  9. Pastel tonlar.
    Bu mövsümdə təbiililik dəbin əsas kriteriyası olacaq. Bu səbəbdən geyiminizin, dodaq və dırnaq boyanızın çalarlarını dərinizin rənginə uyğun seçin.

  10. Rəng əlavə edin.
    Parlaq geyimlərdə siz asanlıqla öz əhval-ruhiyyənizi yaxşılaşdıra bilərsiniz. Buna görə narıncı, bənövşəyi, göy, qırmızı və yaşıl rəngli geyimlərdən istifadə edin.

  11. Kişi kimi.
    Qızlar kişi geyimlərində son dərəcə seksual görünürlər. Bu mövsümdə istənilən modapərəstə şalvar kostyumu, klassik biçimli pencəklər, ağ köynəklər lazım olacaq. Sadə qadın aksessuarları isə ciddi kişi obrazına zəriflik qatacaq.

  12. Noxud naxışı.
    İri, xırda, asimmetrik, müxtəlif rəngli, klassik noxud naxışı bu mövsüm çox dəbdə olacaq. Bu tip geyimlərdə xanımlar çox incə və zərif görünəcəklər.

  13. Qara və qırmızı rəng.
    Rənglərin kontrast uyğunluğu hər zaman parlaq görsənir və diqqət cəlb edir. Əgər siz də heyran dolu baxışlara sahib olmaq istəyirsinizsə, bu zaman qara-qırmızı rənglərdə olan seksual geyimlərə üstünlük verə bilərsiniz.

  14. Baş örtüyü.
    Baş örtükləri bu mövsümdə xüsusi yer tutur. İri şlyapalar sizə müəmmalıq əlavə edəcək və əks cinsin nümayəndələrinin diqqətini cəlb edəcək. Əsas bu aksessuarı gündəlik sakit geyimlə uyğunlaşdırmaqdır.

  15. 40-cı illərin dəbi.
    Dəbli görünmək üçün xanımlar 60-cı, hətta 40-cı illərin stilini nəzərdən keçirə bilərlər. Dizdən bir az aşağı uzunluqda olan don, zərif aksessuarlar, xəzlər, al-qırmızı dodaqlar 40-cı illərin dəbli tendensiyası hesab edilir.

Yorum Gönder

0 Yorumlar