Çiyələk — C vitamininin zəngin mənbəyidir. 100 qram çiyələkdə bu vitaminin gündəlik norması mövcuddur. C vitamininin miqdarına görə çiyələk yalnız qara qarağatdan geri qalır. Orta ölçülü 5 ədəd çiyələkdə 1 böyük portağalda olduğu qədər C vitamini var. Çiyələkdə olan folio turşusu isə moruq və üzümlə müqayisədə daha çoxdur. Bu giləmeyvələrin gündəlik istifadəsi immun sistemini və damarların divarlarını bərkidir.
Ətirli, şirəli çiyələk yay üçün çox gözəl bir çərəzdir. Bu giləmeyvənin əsli Amerikadan gəlsə də hal-hazırda bütün dünyada onun müxtəlif növləri yetişdirilir. Çiyələyi müxtəlif cür hazırlamaq olar, onu təbii halda yemək, ondan mürəbbə, kompot hazırlamaq və şirniyyatlar hazırlamaq olar.
Çiyələk sətəlcəmə qarşı antibakterial təsirə malikdir. Buna görə də onu mədə ağrısı vaxtı dərman kimi istifadə etmək məsləhət görülür. Çiyələyin antimikrob xüsusiyyətləri gənziyin iltihabi xəstəliklərinin müalicəsi üçün istifadə olunur və ağızdan gələn xoşagəlməz qoxunu aradan qaldırır. Çiyələk qrip virusunun inkişafının qarşısını alır. Çiyələk yod çatışmazlığını da kompensasiya edir. Çiyələk şəkərin miqdarını azaltdığı üçün onu şəkərli diabet xəstələrinin qidalanma rejiminə daxil edirlər.
Böyrək və sidik yollarının xəstəlikləri vaxtı bütün mövsüm ərzində çiyələkdən istifadə etmək tövsiyə edilir. Yaxşı olar ki, hər gün ən azı 400 qram çiyələk yeyəsiniz. Böyrək naxoşluğu vaxtı çiyələk köklərindən hazırlanmış həlim içmək lazımdır. Çiyələk təbii sidikqovan vasitədir və qaraciyərə sakitləşdirici təsir edir. Buna görə revmatizm və qaraciyərin xəstəlikləri vaxtı çiyələk pəhrizindən istifadə etmək tövsiyə edilir. Bir həftə ərzində hər gün 1,5 kiloqram giləmeyvə yemək lazımdır. Giləmeyvənin tərkibində olan salisil turşusu oynaqlarda ağrılar vaxtı da kömək edir. Çiyələk qan azlığı vaxtı dəmirin defisitini bərpa etməyə icazə verir. Çiyələyin giləmeyvələri və onun yarpaqlarının həlimi maddələr mübadiləsini və təzyiqi normallaşdırır, yuxusuzluqdan azad edir. Çiyələk ateroskleroz və hipertoniya kimi xəstəliklərə qarşı əla profilaktik vasitədir.
Belə bir çiyələk pəhrizi mövcuddur: bir ay ərzində 3 gün yalnız bu dadlı giləmeyvə ilə qidalanmaq lazımdır. Əgər allergiyanız yoxdursa bu zaman ondan məhdudiyyətsiz istifadə edə bilərsiniz. Çiyələk — güclü allergendir. Allergiyaya meyilli insanlar onun istehlakını azaltmalı və ya onun istifadəsindən sonra istənilən turş süd məhsulu içməlidir. Çiyələk həmçinin mədə şirəsinin yüksək ayırması, uzun müddətli mədə və qaraciyər sancıları və appendisit vaxtı da zərərlidir. Balaca uşaqlar və hamilə qadınlar da çiyələyin istifadəsinə xüsusi diqqət ilə yanaşmalıdır.
Hal-hazırda çiyələk ətri kosmetik sahədə fəal tətbiq edilir. Amma, təəssüf ki, çox zaman, bu cövhər deyil yalnız ətirdir.
Çiyələk alarkən əziyi olmayan tünd qırmızı giləmeyvələr almaq lazımdır. Onları soyuducuda saxlamaq olar, amma otaq temperaturunda qalarkən onlar daha ətirli olurlar. İstifadədən əvvəl çiyələyi axar suyun altında yumaq və ya sadəcə kağız dəsmal ilə silmək olar.

0 Yorumlar