Çimərlik makiyajı üçün 5 ideya

Əgər siz özünüzü makiyajsız "çılpaq" hiss edirsinizsə, bu - çimərlik makiyajından imtina etmək üçün səbəb deyil. Suyadavamlı vasitələrdən düzgün istifadə sizə cazibədar görünməyə və özünüzə arxayın olmağa imkan verəcək.

Çimərlik makiyajının əsas qaydaları

  • Bütün istifadə etdiyiniz vasitələr markasından asılı olmayaraq mütləq suyadavamlı olmalıdır. Yüngül teksturalı, günəşin təsiri altında axmayan vasitələrə üstünlük verin. Qabaqcadan evdə makiyajınızın suyadavamlılıq dərəcəsini yoxlayın.

  • Əgər siz vaxtınızı günün altında keçirməyə hazırlaşırsınızsa, bu zaman istənilən makiyajın ilk mərhələsi - üz üçün SPF amillli nəmləndirici kremdən istifadədir. Çimərlik üçün SPF amili ən azı 30, sarışın xanımlar üçün isə 50+ olmalıdır.

  • Üzdə "maska" hissindən qaçmaq üçün, tonal kremi çox qalın qatda çəkməyin. Ən yaxşısı bir neçə damcı tonal kremi gündən qoruyucu krem ilə qarışdırıb istifadə etməkdir.

  • Sizin simanızı dəyişdirən ən vacib vasitə - tuşdur. Seçiminizi adi və ya kirpikləri uzadan suyadavamlı tuşda saxlayın. Həcm üçün tuşlar suyun təsiri altında yayılır.

  • Əgər siz göz kölgələrindən və ənlikdən istifadə etməyə hazırlaşırsınızsa, bu zaman onlar da suyadavamlı olmalıdır. Kremə bənzər vasitələr istidə daha az qalaraq dəriyə artıq yağlılıq verir.

  • Dodaqlar üçün parıltının yerinə çox qalıcı dodaq boyasından istifadə edin. Çimərlikdə parıltını daim düzəltmək imkanınız olmayacaq və bu səbəbdən dodaqlarınız daha baxımsız görünəcək.


Təbii obraz

İstirahətdə maksimal təbii makiyaj harmonik görünür. Yuxarıda təsvir edilmiş üsul ilə hazırlanmış üz dərisinin T-zonasına tutqun kirşan çəkin. Qaşlarınızı xüsusi qələm və ya gel ilə vurğulayın. Bej və ya krem rəngli tutqun göz kölgələrindən, qəhvəyi tuşdan istifadə edin. Dodaq boyası həmçinin təbii çalarlı və tutqun olmalıdır.

Parlaq və qızğın obraz

Fantaziyanızı işlədib bu mövsümdə dəbdə olan mavi, sarı və narıncı göz kölgələrindən istifadə edin ki, parlaq obraz yarada biləsiniz. Kirpiklərin artım xəttini qəhvəyi və ya qara suyadavamlı göz qələmi ilə vurğulamaq olar. Almacıq sümüklərinə bir az mərcanı və ya çəhrayı ənlik çəkin. Sizin dərinizin rəngindən asılı olaraq mərcanı, açıq-çəhrayi və ya narıncı rəngdə olan dodaq boyalarından istifadə edə bilərsiniz.

50-ci illərin obrazı

Dəqiq göz oxları və parlaq dodaqlar retro-stilində olan çimərlik geyimlərini əla tamamlayır. Belə makiyaj zamanı da dodaq boyası və göz qələmi suyadavamlı olmalıdır.

Tunc parıltı

Gözəl qaralmanı tunc tonlarda edilən makiyaj vurğulayacaq ki, son bir neçə yay mövsümüsü boyunca aktualdır. Bir az çəhrayı ənlik ilə yanaqlarınızı vurğulayın. Hərəkətli göz qapağına daha tünd çalarlı tunc göz kölgəsi, kirpiklərə isə uzadıcı tuş çəkin. Tunc tonda olan çimərlik makiyajı üçün zərif açıq rəngli dodaq boyasından istifadə etmək daha yaxşıdır.

Yorum Gönder

0 Yorumlar