Beze ilə giləmeyvəli piroq

Belə piroq üçün istənilən giləmeyvələr və meyvələr uyğun gələcək. Dadlı piroq xəmiri, beze və turşməzə giləmeyvələrdən çox dadlı desert alınır. Belə piroqu siz yalnız yayda deyil, dondurulmuş giləmeyvələrdən istifadə edərək qiş aylarında da hazırlaya bilərsiniz.

Piroqun hazırlanması üçün lazım olacaq inqridientlər:

  • Marqarin 200 q.,

  • Yumurta - 2 ədəd,

  • Buğda unu - 2 stəkan,

  • Şəkər - 1 stəkan,

  • Qabartma tozu - 1 ç.q.,

  • Moruq - 100 q.,

  • Qara qarağat - 50 q.,

  • Motmutu - 50 q.


Hazırlıq prosesi:

Giləmeyvəli piroqun yay variantının hazırlanması üçün sizə lazım olacaq: un, şəkər tozu, marqarin, yumurta, qabartma tozu və 1-1,5 stəkan təzə giləmeyvə.

  1. Yumurtanın ağını sarısından ayırın.

  2. Yumurta ağını hələlik soyuducuya qoyun, yumurta sarısını isə marqarin ilə qarışdırın. Alınmış qarışığa un və qabartma tozu əlavə edib xəmiri yoğurun.

  3. Xəmiri bişirmə formasına yerləşdirib yayın və bir neçə yerdən çəngəllə deşin.

  4. Alınmış piroq əsasını 200°C temperatur dərəcəsində 20 dəqiqə ərzində bişirin.

  5. Piroq bişənə qədər yumurta ağını şəkərlə çalın.

  6. Əgər giləmeyvələr çox şirəlidirsə, bu zaman onların üzərinə 1 x.q. nişasta səpin.

  7. Piroqu sobadan çıxarıb üzərinə giləmeyvələri düzün, üstündən hazırladığınız bezeni yayın.

  8. Piroqu təkrar 200°C temperatur dərəcəsində 30 dəqiqə ərzində bişirin.


Nuş olsun!

Yorum Gönder

0 Yorumlar