İdeal çanta necə olmalıdır?
Trenddə olmaq və dəbi izləmək çox yaxşıdır. Amma əgər ən dəbli çanta sizin stilinizə uyğun deyil və ya sadəcə sizin üçün narahatdırsa, bu zaman yaxşı heç nə gözləməyin.
Buna görə çanta seçərkən bir neçə vacib amilə diqqət etmək lazımdır:
- Rahatlıq və tutum. Əgər siz özünüzlə bir yığın əşya gəzdirirsinizsə, bu zaman balaca klatçlara onlar çətin ki, yerləşsin. Buna görə həcimli çanta seçin. Əgər siz çantanı çiyində daşımağa öyrəşmisinizsə, bu zaman bu vərdişinizi dəyişməyin, çünki bu halda siz daimi diskomfort hiss edəcəksiniz.
- Rəng. Çantanın rəngini ayaqqabı ilə uyğunlaşdırmaq artıq çoxdan aktual deyil. Əgər siz geyim rəng çalarına kontrast bir qamma seçsəniz, bu aksessuar parlaq aksent ola bilər.
- Mövsüm. Hər kəs ayaqqabı seçimini ilin fəsilini nəzərə alaraq edir. Bu qayda ilə çanta seçmək lazımdır. Məsələn, yay aksessuarları parlaq və yüngül ola bilər. Payızda daha çox dərin tonlar və romantik zərif formalar seçmək lazımdır. Qışda isə daha çox tünd rəngli qalın materiallardan hazırlanmış çantalar aktualdır. Yaz çantaları qış yuxusundan sonra oyanmağa məcbur edə biləcək zərif tonlarda olsa yaxşıdır.
2015-ci ilin dəbli tendensiyaları
- Ölçülər. Ölçülər müxtəlif ola bilər. Əgər siz özünüz ilə tonlarla kosmetika və ya başqa əşyalar daşımırsınızsa, bu zaman məhz sizin üçün dizaynerlər praktik olaraq mikroskopik ölçülü çantalar təqdim edir. Lakin rahat böyük çantalar da dəbdədir.
- Forma. Məsələn, yumşaq qadın siluetlərini və həmçinin ciddi dəqiq formalı çantalar seçmək olar.
- Stil. Burada da seçim genişdir, çünki hər zövqə uyğun variant tapa bilərisiniz: retro, futurizm, klassik və s.
- Rəng. Ümumiyyətlə, siz özünüzə xoş olanı seçməkdə haqlısınız. Bu səbəbdən müxtəlif parlaq tonlar dəbdədir: firuzəyi, kürən, xardal, qırmızı. Həmçinin klassik ağ-qara çantalar da öz aktuallığını itirmir.
- Naxış. 2015-ci ildə qarışıq üslubda həndəsi ornamentlərlə bəzədilmiş rəngarəng çantalar dəbdə olacaq. Həmçinin animalistik naxışlar da aktual olacaq.
- Bəzək. Parlaqlıq həvəskarları gələn il razı qalacaqlar, çünki bu ilin əl çantaları saçaq, qaytanlar, strazlar, daşlar, naxışlı tikişlər, qayışlar, zəncirlər və bir çox digər bəzəklər ilə bol olacaq.
- Material. Klassik dəri, yəqin ki, heç vaxt dəbdən çıxmayacaq. Nəsə qeyri-adi bir şey istəyirsiniz? Bu zaman timsah və ya ilan dərisindən hazırlanmış aksesuar seçə bilərsiniz. Gənclər üçün isə nəzərdə tutulmuş çanta ilk baxışdan bir-biri ilə uyğunlaşmayan müxtəlif parçalardan tikilmiş ola bilər, amma bu çox orijinal görünəcək. Daha bir dəbli tendensiya xəzlərdir ki, onlar hər bir dəbli kolleksiyada yer alır.
[justified_image_grid facebook_id=122845817774316 facebook_album=729063173819241]

0 Yorumlar