Yazda allergiyadan necə xilas olmaq olar?

Yer kürəsinin əhalisinin 30%-i üçün yaz dəhşətə dönür. Çiçəkləmə vaxtının başlanğıcı ilə əhval kəskin pisləşir, burun axır, gözlər yaşarır, baş gicəllənir. Bütün bunların səbəbi pollinozdur, yəni bitkilərin tozcuğuna qarşı allergiyadır.

İmmun sistemini müəyyən yollar ilə öyrəşdirmək olar ki, o allergenlərə çox kəskin reaksiya verməsin. Lakin bu üsul həkim-allerqoloqun yüksək ixtisaslaşdırılmasını tələb edir və ondan ibarətdir ki, günbəgün dozanı artıraraq orqanizmə müəyyən miqdarda allergen daxil edilir. Nəticədə orqanizmdə qoruyucu "immun cavabı" formalaşır və onun qıcıqlandırıcıya qarşı həssaslığı aşağı enir. Lakin unutmayın ki, müalicəni çiçəklənmə dövrünə 4-5 ay qalmış, yəni qabaqcadan başlamaq lazımdır.

Önləyici tədbirlər ilə gecikmişlərə, allergiyaya qarşı dərmanlar - antiqistaminlər ilə kifayətlənmək qalır. Həkimə müraciəti təxirə salmayın, mütəxəssis sizə uyğun preparat seçməklə yanaşı, həm də məhz hansı bitkinin tozcuğuna qarşı reaksiyanın yaranmasını aşkar edən tədqiqatlar təyin edəcək. Çalışın allergiyanı özünüzü tək başına müalicə etməyəsiniz, çünki zamanla o mövsümi bronxial astmaya gətirib çıxara bilər və bəzi hallarda "tozcuq intoksikasiyasının" inkişafına — baş ağrıya, həzmin, yuxunun və yaddaşın pozulmasına səbəb ola bilər.

İşə gedərkən saçlarınızı örpəyin və ya şlyapanın altına yığın, günəşdən qoruyan eynəklər geyinin və özünüzlə dəniz suyu əsasında hazırlanmış sprey götürün ki, allergiya zamanı vəziyyətiniz yüngülləşsin.

Küçədə tozcuqdan gizlənmək olmasada, mənzildə allergenlərin miqdarını minimallaşdırmaq olar. Tozlanmanın pik nöqtəsi səhər saat 5-dən 10-ə qədər olduğu üçün, buna görə otaqları gecə yarı havaya vermək məsləhətdir. Küçədən gəlib, dərhal geyiminizi dəyişdirin və onu yumağa qoyun, ayaqqabının alt hissəsini nəm süngər ilə silin, özünüz isə bədəninizdən tozcuğu yumaq üçün duş qəbul edin. Əgər imkan varsa, küləkli havda evdə qalın. Yağışdan sonra tozcuq torpağa yapışdığına görə bu gəzintilər üçün mükəmməl vaxtdır.

Bəzi məhsulların istifadəsi göz yaşarmasını və selikli qişanın şişini gücləndirə bilər. Həkimlər bunu kəsişmə qida allergiyası adlandırırlar. Məsələn ağacların tozcuğuna reaksiya vaxtı çox zaman çəyirdəkli meyvələrə (alma, armud, gavalı), kök, kərəviz və təzə kartofa qarşı da alergiya yaranır. Taxıl məhsullarına qarşı alergiya vaxtı rasiondan istənilən un məmulatlarını istisna etmək məsləhət görülür. Əgər pollinoz mürəkkəb çiçəkli bitkilərin çiçəkləmə zamanı yaranırsa, bu zaman rasiondan bostan məhsullarını, günəbaxan tumlarını və günəbaxan yağını çıxarmaq lazımdır. İstənilən tozcuğa qarşı allergiya vaxtı bir müddət rasiondan bal, fındıq, kəskin ədviyyatları və alkoqolu çıxarmaq məsləhətdir. Daha dəqiq siyahı üçün həkimə müraciət etməniz lazımdır.

Yorum Gönder

0 Yorumlar