Stressə qalib gəlin. Stress, ürək narahatlıqlarına, yüksək təzyiqə, kiloya, zehin narahatlıqlarına və həyatın qısalmasına səbəb olan ən əhəmiyyətli faktordur. Stressi məğlub etmək üçün ən yaxşı yol nədir ? Əgər həftə boyu çox sıx çalışırsınızsa o zaman həftə sonunu özünüzə ayırın, əylənəcəyiniz və ya rahatlayacağınız fəaliyyətlər tapın.
Heyvan sahibi olun. Bir ev heyvanıyla maraqlanmaq həyatınızı uzada biləcək bir başqa yoldur. Araşdırmaçılar bir heyvanın yoldaşlığının yaxud da bir heyvana hiss edilən sevginin insanları günün yorucu hadisələrindən uzaqlaşdırdığını, hətta sevilən bir adamın itkisinin yaratdığı zədəni belə yüngülləşdirdiyini ortaya qoyur. Ev pişiyi ya da itlə maraqlanmaq yalnız heyvan sahibinin qan təzyiqini azaltmır, eyni zamanda heyvanlara da yaxşı təsir edir. Ayrıca itinizi gəzməyə çıxarmaq möcüzə bir məşq fürsətidir.
Seks. Seks və uzun yaşamaq? Əlaqələrini bağlılıqla davam etdirənlər üçün həyatlarını uzatmaları üçün bir yoldur. Cinsi münasibətlər bədənin müxtəlif hormonlar və endorfin ifraz etməsini təmin etməsinin yanında insanın mənfi davranışlarını da tarazılaşdırır. Ayrıca sevişmək də bir başqa məşq fürsətidir.
Yoldaşlarla vaxt keçirmək. Avstraliyalı araşdırmaçıların 70 yaş və daha yuxarı 1500 adam üzərində 10 illik periodda reallaşdırılan bir araşdırma, yaxın yoldaşları ilə birlikdə vaxt keçirən insanların, tək bir həyat müddətinlərə nisbətlə daha dinc göründüklərini isbat etdi.
Yatmaq. Araşdırmalar kifayət qədər yuxu yatmayan insanların obezite, yüksək təzyiq və ürək xəstəlikləri riski daşıdıqlarını ortaya qoyur. Bu tip narahatlıqların həyat müddətinizi qısaldacağı şübhəsizdir. Çünki kafi yuxu yatmaq bədənin hüceyrə yeniləməsini təmin edir və immunitet sistemini qüvvətləndirir. Bəs nə qədər yuxuya ehtiyacınız var. Əsasən 8 saatdan çox ya da 6 saatdan az yatmanın zərərli olduğu ifadə edilir. Elm insanlarının əksəriyyəti 7 və 8 saat yuxunun sağlam qalmaq üçün kafi olduğu fikirindədir.
Həkimə müaraciət edin. Qadın ya da kişi, insanların sağlam qalması üçün nizamlı olaraq həkimlərini görmələri lazımdır. Ayrıca qadınların 18 yaşından (ya da ilk cinsi əlaqələrindən) etibarən rəhm xəstəlikləri mütəxəssisinə görünmələri, 40 yaşından etibarən də nizamlı olaraq mamografi çəkdirmələri lazımdır. 40 yaşını keçən kişilərin isə həkimləri ilə görüşərək nizamlı illik kolonoskopi və prostat müayinələrinə ehtiyac olub olmadıqlarını öyrənmələri lazımdır. Bir xəstəliyin qarşısını almağın ən yaxşı yolu erkən diaqnozdan keçir.
Müsbət düşünün. Bəli, ‘müsbət düşünmənin həyatı uzatdığı bir həqiqətdir. Çox sayda araşdırma optimistlərin daha uzun yaşadığını, yaşadığı müddətdə daha sağlam qaldığını və xəstəliklərlə daha yaxşı döyüşdüklərini ortaya qoyur. Qısacası həyat sizə limon verirsə, limonad edin.
Evlilik. 2006-cı ildə Chicago Universiteti tərəfindən reallaşdırılan araşdırma evli insanların subaylara nisbətən daha uzun yaşadığını ortaya çıxardı.
Şərab içmək. Şərab, xüsusilə də qırmızı şərab içmək(gündə 1 qədəh qadınlar üçün, gündə 2 qədəh kişilər üçün) ürək narahatlıqlarına yaxşı təsir edir və həyatı uzadır.
0 Yorumlar