Təravətli nəfəsin sirləri

Ağızdan gələn pis qoxu onun sahibi ilə ünsiyyətdən təəssüratı ciddi dərəcədə korlaya bilər. Ağızdan gələn xoşagəlməz qoxunun yaranmasının səbəbindən asılı olaraq ondan bəzən bir neçə dəqiqə ərzində qurtulmaq olar, bəzən isə bir neçə mütəxəssisin müalicə kursundan sonra.

Nəfəsdən gələn pis qoxunun səbəbləri

Əksər hallarda ağızdan gələn pis qoxunun səbəbi siqaret, alkoqol və bəzi məhsulların istifadəsi ola bilər (soğan, sarımsaq, həmçinin süd, pendir, ət). Ağız boşluğunda qalmış qidanın hissəciklərində olan zülallar bakteriyaların təsiri altında dəyişikliklərə məruz qalır və qoxunun mənbəyi olur. Ağız boşluğunun yanlış gigiyenası bu problemi yalnız ağırlaşdırır.

Çox vaxt qoxu ağız boşluğunun xəstəliklərinin əlaməti ola bilər (kariyes, parodontit və ya paradontoz). Bir zədəli diş belə nəfəsə xoşagəlməz qoxunu verə bilər.

Əgər sizin dişləriniz sağlamdırsa, amma sizi nəfəsinizdən gələn qoxu narahat edirsə, bu zaman terapevtə müraciət edin. Ola bilsin ki, sizə qastroyenteroloq, otolarinqoloq və ya pulmonoloqun müayinəsi lazım olsun. Ağızdan xoşagəlməz qoxu bəzən növbəti xəstəliklər vaxtı yaranır:

  • qastrit;

  • mədə yarası;

  • qaymorit;

  • qaraciyər və böyrəklərin xəstəlikləri.


Bəzən nəfəsdən xoşagəlməz qoxu bəzi dərmanların qəbulu nəticəsində yaranır. Qadınlarda isə bu problem hormonların tərəddüdü ilə bağlı ola bilər.

Susuzluq və sərt pəhrizlər də həmçinin pis qoxunun yaranmasının səbəbi ola bilər, çünki bu zaman ağız boşluğunda daha az tüpürcək ifraz edilir ki, bakteriyaların artımı sürətlənir.

Nəfəsdən gələn pis qoxunu necə aradan qaldrımaq olar?

Əgər siz dişlərinizin sağlamlığından şübhələnmirsinizsə, sadəcə ağız boşluğunun gigiyenasına daha çox diqqət edin. Dişlərinizi, dilinizi və yanaqlarınızın daxilini gün ərzində ən azı iki dəfə təmizləyin. İmkan olduğu halda ağzınızı xüsusi bakterisid eliksirlərlə yaxalayın. Adətən onların tərkibinə nəfəsi təravətləndirən və bakteriyaları məhv edən dərman bitkilərinin cövhərləri daxil olur. Ağzınızı müxtəlif dərman otlarının və efir yağlarının həlimləri əsasında hazırlanmış xüsusi məhlullar ilə də yaxalaya bilərsiniz.

Gün ərzində dişləri bir neçə dəfə təmizləmək mümkün olmadığı üçün xüsusi spreylərdən, sovurma konfetlərdən və ya saqqızlardan istifadə edin.

Öz pəhrizinizə diqqət edin. Daha çox təzə meyvələrdən, tərəvəzlərdən, yoqurtdan istifadə edin.
Əgər nəfəsinizi təravətləndirmək üçün əlinizin altında heç nə yoxdursa, bu zaman acı çay için, bir az təzə cəfərinin və ya şüyüdün yarpaqlarını çeynəyin, alma dilimi yeyin və ya ağızınızı sadəcə təmiz su ilə yaxşıca yaxalayın.

Yorum Gönder

0 Yorumlar