Toyuq və göbələk salatı

Yay mövsümünü müxtəlif salatlarsız təsəvvür etmək çətindir. Salatın daha doyumlu olması üçün isə adətən onun tərkibinə toyuq əti və göbələk əlavə olunur. Sizə tərkibinə toyuq əti, göbələk və xiyar daxil olan salat resepti təqdim edirik.

Lazımlı inqrediyentlər:

  • 600 qr. toyuq filesi;

  • 2 ədəd təzə xiyar;

  • 4 ədəd turşu xiyar;

  • 200 qr. göbələk;

  • Soğan;

  • 3 ədəd yumurta;

  • 1 x.q. xama;

  • 2 x.q. mayonez;

  • 2 x.q. bitki yağı;

  • duz və istiot;

  • şüyüd.


Hazırlıq prosesi:

  1. Toyuq filesini və yumurtanı qaynadın, sonra soyumağa qoyun.

  2. Göbələkləri təmizləyin, yuyun və nazik dilimlərə doğrayın.

  3. Soğanı xırda-xırda doğrayıb 3 dəqiqə ərzində bitki yağında qızardın, sonra üzərinə göbələkləri əlavə edərək, bir az duz və istiot vurun. Göbələkləri daim qarışdıraraq 15 dəqiqə ərzində bişirin.

  4. Artıq bişmiş yumurta və toyuq filesini, duzlu və təzə xiyarı xırda kublara doğrayın və sonra üzərinə qızardılmış göbələkləri əlavə edib qarışdırın.

  5. Hazır salatın üzərinə xama və mayonez əlavə edib yaxşıca qarışdırdıqdan sonra, şüyüd ilə bəzəyib masaya verin.


Nuş olsun!

Yorum Gönder

0 Yorumlar