Toy dəbinin bütün trendləri

Mükəmməl gəlin obrazının detalları

Bir qayda olaraq, toya hazırlıq vaxtı gəlinlər ən çox mükəmməl donun axtarışına vaxt sərf edirlər, amma obrazın detalları haqqında yalnız son anda fikirləşməyə başlayırlar. Amma çox nahaq, çünki parlaq ayaqqabılar hətta ən minimalistik geyim dəstini belə dəyişdirə bilər, aksessuarlar dəbdəbə verə bilər, ədabazı və çələng isə obrazı tamamlayar. Biz sizə aktual olan tendensiyaları təqdim edirik.

Gəlin ayaqqabısı

Gəlinlik libası kimi, gəlinin ayaqqabısı da xüsusi diqqətə layıqdir. Ənənəvi olaraq gəlinlərin mübahisəsiz favoriti klassik ağ qayıq formalı ayaqqabılar olur ki, onlar istənilən geyim dəstinə mükəmməl uyğunlaşır. Ancaq bir faktı da nəzərə almaq lazımdır ki, ağ rəngin yüzlərlə müxtəlif çaları mövcuddur (fil sümüyü, süd, vanil, mirvari və s.). Bu çalarları öz aralarında düzgün uyğunlaşdırmaq lazımdır. Bu vəziyyətdən sadə çıxış yolu gümüşü rəngli toy ayaqqabıları ola bilər. Birincisi, metallik effekti bu il inanılmaz dərəcədə məşhurdur və ikincisi lazımlı çalar axtarmaq lazım olmayacaq.ayaqqabilar

Çox vaxt gəlinlər parlaq rəngli ayaqqabılara üstünlük verirlər. Bu tip ayaqqabılar sizin sadə xasiyyətinizi və pozitiv münasibətinizi vurğulayacaqlar.

Amma gəlinlər ayaqqabı seçərkən unutmamalıdırlar ki, onlar bütün günü ayaq üstündə keçirməli olacaqlar. Bunun üçün ayaqqabılar rahat olmalıdır.

Bəzəklər və aksessuarlar

Öz gəlinlik obrazınıza aksessuar seçərkən ilk növbədə, donun stilini və təntənənin miqyasını nəzərə almaq lazımdır. Brilliant diademası ilə uyğunluqda şahzadə donu artıq keçən əsrdə qalmış bir obrazdır. Amma zərif çiçək çələngi ilə vampir stilində olan libas lap yerinə düşür!bezek-esyasi

Toyda mirvari bəzəkləri həmişə mükəmməl görünür. Əsas aksentləri düzgün seçməkdir. Bir gözəçarpan bəzək seçin, qalan aksessuarları daha xırda seçin ki, onlar yalnız kölgə salsınlar və əsas bəzəyi vurğulasınlar.

Klatçlar

Gəlinlərin çox vaxt imtina etdikləri daha bir detal - klatçdır. Əslində onsuz toyda keçinmək mümkün deyil. Balaca əl çantası hər şeyi kontrol altında saxlamağı sevən qızlar üçün əsl qurtuluş olacaq. Onun içinə siz dodaqlar üçün parıltı, güzgü, kirşan yerləşdirə bilərsiniz. Mükəmməl toy klatçlarının seçimi hər il genişlənir, seçim yalnız sizin cəsarətinizlə məhdudlaşdırılır.klatc

Klatçla mərasimə yola düşmək lazım deyil – gəlinin əllərində yalnız gül buketi olmalıdır. Lakin mərasimin rəsmi hissəsindən sonra siz öz obrazınızı zərif əl çantası ilə tamamlaya bilərsiniz.

Yorum Gönder

0 Yorumlar