Şəkər pəhrizi

Şəkər pəhrizi şirniyyatlardan vaz keçmədən arıqlamağa imkan yaradır?

İlk baxışda "şəkər pəhrizi" söz birləşməsi absurd görünür. Əvvəlcə bu pəhrizi təsəvvür etdikdə sevinc və xoşbəxtlik hissi yaranır ki, nəhayət adətən qadağan edilmiş məhsulların (şokolad, şirniyyat, tort, dondurma, piroq, şirin bulkalar) bütün siyahısını özünə daxil edən pəhriz çıxıb. Amma bu məhsulların istifadəsinə həqiqətən icazə verilirmi? Biz sizə şəkər pəhrizi haqqında, onun effektivliyi və həmçinin ona düzgün riayət olunmasından danışacağıq.

Şəkər pəhrizinin iş prinsipi

Məlum olur ki, hər şey bu qədər sadə deyil. Əslində "şəkər pəhrizi" altında ciddi məhdudiyyətlər və qaydalar gizlənir. Şəkər pəhrizinin prinsipləri sadədir: rasiona şəkər və maye daxil olmalıdır, daha dəqiq desək şəkər əlavə edilmiş maye.

Orqanizmə düşərək, şəkər fruktozaya və qlükozaya parçalanır. Qlükoza – karbohidratların və deməli bizim orqanizmimiz üçün enerjinin əsas təchizatçısıdır. Beləliklə, şəkər karbohidratların və enerjinin lazımlı miqdarını verir və orqanizm bərk qidanın həzmindən azad olur və istirahət üçün boş vaxt alır.

Şəkər pəhrizi monodiet adlandırılan kateqoriyaya aiddir – yəni bir məhsul və ya onun variasiyaları üzərində qurulmuş arıqlama sistemidir. Belə qidalanma sistemlərinə 1-2 maksimum 3 gündən çox riayət etmək təhlükəlidir, çünki belə məhdudiyyətlər orqanizm üçün həmişə güclü gərginlik yaradır. Bundan başqa itirilmiş kiloları yenidən qaytarmağa böyük ehtimal mövcuddur, çünki pəhrizin bitməsindən sonra orqanizm mübadilə prosesinin pozulması nəticəsində alınmış stressi kompensasiya etməyə çalışacaq.

Qidalanma prinsipi

Pəhriz zamanı qara və ya yaşıl çay, otlardan dəmlənmiş çaylar, zəncəfilli, nanəli çaylar, qarağat yarpaqlarından hazırlanmış həlimlər, moruqdan, albalıdan, it burnundan dəmlənmiş çay içmək lazımdır. Hər 200 ml mayeyə 30 q şəkər əlavə edilir. Çay və müxtəlif həlimlərdən başqa gün ərzində 2-3 litr mineral su içmək lazımdır. Qəribə olsa da, ürəkdə müxtəlif yüklənmələrin olmasının nəticəsində bütün şirələr rasiondan çıxarılmalıdır, həmçinin yeni çəkilmiş şirələr, kompotlar, morslar, kisellər, süd içkiləri və qəhvə. İstənilən bərk qida da qadağan edilmişdir.

Şəkər pəhrizi zamanı yaxşı olar ki, gününüzü yaşıl çay ilə başlayasınız. Onun canlandırıcı xüsusiyyətlərinin sayəsində siz lazımlı gümrahlığı alacaqsınız. 1 saatdan sonra isə mineral su içmək lazımdır. Axşam saatlarında isə itburnu həlimi və ya nanəli çay içmək arzuolunandır.

Belə məhdudiyyətlərə dözməyənlər üçün, şəkər pəhrizinin bir az zəif variantı da mövcuddur ki, bu zaman az miqdarda tərəvəz də yeməyə icazə verilir. Gün ərzində maye rasionuna kiçik porsiyalı salatlar və ya buğda hazırlanmış tərəvəzləri daxil etmək olar. Bu zaman siz balqabaq, xiyar, kələm, badımcan, kök və çuğundur kimi tərəvəzlərdən də istifadə edə bilərsiniz.

Sərt məhdudiyyətlərə görə pəhrizdən istirahət günlərində istifadə etmək yaxşıdır. Ürəkdə mümkün güclü yüklənmələrə görə fiziki iş ilə və idmanla məşğul olmaq məsləhət deyil. Sakit gəzintilər və təmiz havada nəfəs almağa icazə verilir. Mütləq gün ərzində ən azı 10 saat yatın.

Əks göstərişlər

Pəhrizdən əvvəl həkimə baş çəkmək və qanda şəkərin səviyyəsini ölçmək üçün analiz vermək arzuolunandır. Pəhriz şəkərli diabetdən və başqa xroniki xəstəliklərdən əziyyət çəkənlərə qəti surətdə qadağandır. O həmçinin yaz avitaminozu dövründə və qanazlığından əziyyət çəkənlər üçün son dərəcə arzuolunmazdır.

Bu pəhrizi ayda 1-2 dəfədən artıq istifadə etmək lazım deyil. Nə də olsa, bu orqanizm üçün çox güclü sınaqdır. Monoqidalanmaya həm daxil olmaq, həm də ki ondan çıxmaq çox ehtiyyatlı olmalıdır. İstənilən başqa monodiet kimi, şəkər pəhrizi heç bir halda daimi qidalanma prinsipi ola bilməz.

Yorum Gönder

0 Yorumlar