Sevgilinizin yalan danışdığını necə bilmək olar?

Hər münasibətdə mütləq enişli-yoxuşlu dövrlərin olduğunu ifadə edən mütəxəssislər, əlaqəni ən çox köhnəldən mübahisələrin yolunun yalandan keçdiyi xəbərdarlığını edir.

Dünya tərəfindən məşhur bir qadın jurnalı əlaqələri çıxılmaz vəziyyətə salan mübahisələrin deyilən yalanlar olduğuna diqqət çəkərək partnyorun yalan danışdığını anlamaq üçün inkişaf etdirilən yolları oxucularıyla paylaşıb.

Qarşınızdakı insanın yalan danışdığını necə anlamaq olar?

  • Yalan danışdığını düşünürsünüzsə heç vaxt itirmədən ona bu sualı verin: Niyə etdin? Sevgiliniz bu suala hirslənir və həddindən artıq reaksiya verirsə bu, günahsız olduğunun dəlili ola bilər.

  • Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sadalamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər.

  • Əlaqə mütəxəssisləri insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bölgəsinə əks olunduğu fikirindədir. Sevgiliniz sizinlə bərabərkən gülümsəyir lakin bədən dili əslində başqa şeylər hiss etdiyini söyləyirsə, bu vəziyyətdə ona verəcəyiniz suallarınız ola bilər.

  • Yalan danışan insanlar yalanlarını gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədir. Bunun üçün də narahat görünən bir adamdan, çox rahat görünən kəslərin yalan danışma ehtimalı daha yüksəkdir.

  • "American Society for Information and Technology" (Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları" ) jurnalında dərc edilən bir məqalədə yalan danışdığına əmin olunan bir adamla telefon ya da cib telefonu mesajı ilə deyil üz üzə ünsiyyət qurulması tövsiyə edilir.

Yorum Gönder

0 Yorumlar