İnqrediyentlər:
- 1,5 stəkan un,
- 1/2 stəkan şəkər,
- 1 çay qaşığı qabartma tozu,
- 100 q. kərə yağı (otaq temperaturunda),
- Bir çimdik duz,
- 1/2 stəkan xama,
- 1 yumurta,
- çiyələk,
- şəkər kirşanı
Hazırlanma prosesi:
- Sobanı 180 dərəcəyə qədər qızdırın.
- Bişirmə formasını yağlayın.
- Unu, qabartma tozunu, şəkəri və duzu blenderdə qarışdırın üzərinə kərə yağı əlavə edib təkrar yaxşıca qarışdırın, sonra üzərinə xama və yumurta əlavə edin.
- Xəmiri formaya tökün, piroqun üzərinə çiyələklər düzün və onların üstündən bir azca barmağınızla basın ki, xəmirin içinə girsin.
- Piroqu 30 dəqiqə ərzində isti sobada bişirin. Piroq bir az soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib süfrəyə təqdim edin.
Nuş olsun!

0 Yorumlar