Saç tökülməsinə qarşı maskalar

Qadınlar çox vaxt işə, ev işlərinə, ailə məişət problemlərinə görə stressə meyillidir ki, bu da orqanizmin sağlamlığına mənfi təsir edir. Bundan başqa bəzən yanlış qidalanma və ətraf mühit belə saç tökülməsi kimi xoşagəlməz nəticələrə səbəb ola bilər.

Əlbəttə ki, belə problemlərin öhdəsindən gəlməyə sizə müxtəlif kosmetik vasitələr kömək edə bilər. Bu vasitələr çox vaxt əlçatan olmadıqları üçün siz ev şəraitində də saçlarınıza qulluq üçün müxtəlif maskalar hazırlaya bilərsiniz.

Saçlar üçün soğan maskası.

Maskanın hazırlanması üçün sizə lazım olacaq:

  • ayıpəncəsi yağı;

  • 3 ədəd yumurta sarısı;

  • 2-3 soğanın suyu;

  • 3-4 diş sarımsağın suyu;

  • 1 ç.q. kalendula məhlulu;

  • 1 ç.q. bal.


Yuxarıda qeyd olunmuş bütün məhsulları sıyıq vəziyyəti alınana qədər qarışdırın. Sonra saçınızı ayıraraq maskanı baş dərinizə çəkin və üstündən sellofan paket çəkib dəsmala bükün.

İstilikdə maska daha sürətli təsir edəcək. Maskanı saçlarda 1,5 saat saxladıqdan sonra yumaq lazımdır. Daha yaxşı effekt almaq üçün maskadan 1 ay ərzində həftədə 1 dəfə istifadə etmək lazımdır. Bu təbii kosmetik vasitə xoşagəlməz qoxu versə də, güclü saç tökülməsi vaxtı çox effektiv təsir edir. Maskanın qoxusunu siz şampun, limon şirəsi və ya alma sirkəsi ilə aradan qaldıra bilərsiniz.

Saçlar üçün mayalı maska.

Bu təbii vasitə saçlara həcm və təbii parıltı verir, sizi narahat edən problemləri uzaqlaşdırır. Maska üçün sizə lazım olacaq məhsullar:

  • 1.5 l. süd;

  • 25-35 q. maya;

  • bal;

  • yumurta sarısı.


Bir qaba 1,5 l. qızdırılmış süd əlavə edin və onun tərkibinə 25-35 q. maya qatın və yarım saat ərzində qaranlıq isti yerdə saxlayın. Sonra südün üzərinə yumurta sarısı və bal əlavə edin. Maskanı masaj hərəkətləri ilə baş dərisinə çəkin, üstündən sellofan paket ilə bağlayıb 1,5-2 saat saçlarınızda saxlayın. Maskanı təmizləmək üçün saçları uşaq şampunu ilə yaxalayın. Yaxşı olar ki, maskanı həftədə 2 dəfə təkrarlayasınız.

Saçlar üçün xardal maskası.

Qadınların arasında keçirilən sorğuya əsasən saç tökülməsinə qarşı ən effektiv vasitə xardal maskasıdır. Xardal saçlara qan axınını təmin edir, saçları qidalandırır və bərkidir. Maskanın hazırlanması üçün sizə növbəti məhsullar lazım olacaq:

  • xardal tozu;

  • yumurta sarısı;

  • ayıpəncəsi yağı;


Bütün bu məhsulları bir qabda qarışdırın, sonra saçlarınızı ayıraraq baş dərinizə, saçların kökünə çəkin. Maskanı saçlarınızda 40-50 dəqiqə saxladıqdan sonra saçlarınızı uşaq şampunu ilə yuyun. Bu tip  prosedurları  həftədə 1 dəfə təkrarlamaq lazımdır.

Yorum Gönder

0 Yorumlar