Praktiki olaraq hər bir qadında saç lakına rast gəlmək olar. Hal-hazırda bu vasitələr o qədər müxtəlif formalarda istehsal olunur və o qədər müxtəlif təyinatlara malikdirlər ki, onlar yalnız saç düzümünün yaradılması üçün istifadə olunmur. Saç lakının qeyri-standart tətbiqinin bəziləri o qədər qeyri-adidir ki, hətta onlara çətinliklə inanılır.
- Əgər sizin qarderobunuzda zəncirbəndi olan şalvarlarınız və ya digər geyimləriniz varsa, bu zaman onun yaxşı işləməsi üçün sadəcə üzərinə bir az saç lakı vurun. Bu zaman zəncirbənd daha yaxşı işləməyə başlayacaq.
- Kapron corablar süzülən zaman onları adətən dırnaq boyası ilə dayandırırlar. Bu üsul əlbəttə ki, yoxlanılmışdır, amma onun quruması üçün kifayət qədər çox vaxt tələb olunur. Bu zaman siz süzülmüş yerə bir az saç lakı vursanız o sona kimi cırılmayacaq, bütün proses isə sizin sadəcə bir dəqiqə vaxtınızı alacaq.

- Əgər sizin sevimli sviterinizin üzərində tiftiklər əmələ gəlibsə, bu zaman ona saç lakı vurun və kağız dəsmal ilə yaxşıca sürtün. Yapışqan lak tiftikləri dəsmala yapışdıracaq və onları asan uzaqlaşdırmağa imkan verəcək.
- Saç lakı həmçinin təcavüz vaxtı da sizin köməyinizə çata bilər. Sizə hücum edənin gözlərinə lak vurun və cinayətkar özünə gələnə qədər sizin qaçmaq üçün kifayət qədər vaxtınız olacaq.
- Əgər siz evdə və ya ofisdə həşəratların yuvasını aşkar etmisinizsə bu zaman onun üstünə bir az saç lakı vurun. Bir müddətdən sonra isə həşəratların cəsədlərini təmizləyə bilərsiniz.

- Əgər siz kiçik hədiyyəni qablaşdırmalısınızsa, amma əlinizin altında sarğı kağızı yoxdursa, bu zaman da saç lakı sizi köməyinizə gələcək. Qutunu qəzetlə bükün, sonra onun üzərinə saç lakı vurun. Qəzet orijinal qablaşdırma kağızı formasını alacaq.
- Qəribə olsa da, saç lakı mebeldən ləkələrin təmizlənməsində də sizə kömək edəcək. Əgər divanınıza qələm ləkəsi düşübsə, bu zaman onun üzərinə bir az lak vurub sonra yaxşıca sürtməyə cəhd edin. Adətən bundan sonra ləkə yox olur.
- Lak iynəni saplamağa kömək edə bilər. Bunun üçün sadəcə sapın ucuna azca lak vurun ki o bərkisin və iynənin qulağından asan keçsin.

- Gül buketini uzun müddət saxlamaq üçün güllərin üzərinə onları suya qoyduqdan sonra yaxşıca lak çiləyin. Belə örtü güllərə hətta 4-cü gün belə gözəl görünməyə imkan verəcək.
- Saç lakının köməyi ilə siz kamində odu alovlandıra bilərsiniz. Təzə oduna bir az lak vurun və o dərhal alışacaq. Yalnız bu üsuldan çox ehtiyatla istifadə etmək lazımdır, çünki lak od üçün təhlükəlidir.
0 Yorumlar