Qısqanclıqdan necə qurtulmaq olar?

Hər kəs bilir ki, qısqanclıq heç də yaxşı hiss deyil. Lakin onun tam yoxluğu laqeydliklə həmsərhəd olmağa başlayır. Bəs bu zaman sevimli insanla münasibətləri pozmadan necə "orta məxrəc" tapmaq olar?

Qısqanclıq əsasən qadınlara məxsus olan bir hissdir. Hətta çox acıqlı olduqda belə qadın çox ahəngdar görünür. Bundan başqa, kişilər bilməlidir ki, xanımlar sevdikləri insanı hər zaman hər kəsə qısqanırlar. Buna görə qadınlara qısqanclığa görə hirslənmək lazım deyil.

Amma qadınlar da unutmamalıdır ki, gec-tez kişi sizin yersiz iradınızdan, daimi kontrolunuzdan və əsassız isterikalarınızdan bezə bilər.

Şübhəsiz ki, vaxtaşırı kişiyə, emosional cəza vermək lazımdır. Amma əgər siz artıq özünüzü kontrol edə bilmirsinizsə, qısqanclıq sizi daim boğursa, istənilən əhəmiyyətsiz səbəb sizi özünüzdən çıxarırsa bu zaman müəyyən qətiyyətli ölçülər qəbul etmək lazımdır.

Qeyri-normal qısqanclıqdan yalnız bunu həqiqətən də istəyən qadın qurtula bilər. Problemi dərk etmək – bu artıq irəliyə böyük addımdır. Bu problemin üzərində işləməyə başlamaq isə müvəffəqiyyətin ikinci yarısıdır.

Unutmayın ki, eqoistliyin, başqa insana malik olmaq ehtiyacının və ona daim nəzarət etmək arzusunun sevgiylə ümumi heç nəyi yoxdur. Sevgi başqa insanın azadlıq hüququnu sıxışdırmır. Öz partnyorunuza ona müəyyən edilmiş azadlıq hissəsini verin.

Öz partnyorunuzu xoşagəlməz emosiyalara təhrik etməyin, onun hisslərinə hörmətlə yanaşmağa çalışın. Ümumiyyətlə Tibet müdrikliyini xatırlayın: səhv cavab almaq istəmədiyiniz suallar verməyin.

Öz emosiyalarınıza sahib çıxın. Unutmayın ki,, sizin təcavüzünüz partnyorda sizinlə olmaq arzusunu həmişəlik yox edə bilər. Öz hissləriniz haqqında danışmağa çəkinməyin, partnyorunuzdan sizi təhrik etməməyi xahiş edin.

Özünüzə vaxt ayırın, görkəminizə diqqət edin. Özünüzə daha arxayın olmağa çalışın. Özünüzə qısqanclığın yerinə sizin fikirlərinizi tutacaq bir xoş və maraqlı məşğuliyyət tapın. Özünüzü, üzünüzü, bədəninizi sevin. Özünə arxayın qadın anlayır ki, o öz-özlüyündə sevgiyə layiqdir. Sevilmək üçün belə xanıma nə yaxşı, nə də ki, pis olması lazım deyil. Bu zaman partnyoru daim yanında saxlamaq hissi öz-özlüyündə yox olur və onunla birlikdə qısqanclıq hissi də keçir.

Yorum Gönder

0 Yorumlar