Təbii qaymaqdan hazırlanmış dondurma çox gözəl dada, amma çox yüksək kalorililiyə malikdir. Bu desertin hazırlanması üçün sizə lazım olacaq:
- 1 ədəd yumurta ağı;
- 1 banka qatılaşdırılmış süd;
- 0,5 litr kənd qaymağı;
- 0,5 stəkan süd;
- bir çimdik duz.
Yumurta ağını duzla möhkəm köpük halına qədər çalın, sonra üzərinə qatılaşdırılmış süd əlavə edin. Ayrı bir qabda qatı kənd qaymağını möhkəm köpük halına qədər çalın. Sonra hər iki kütləni bir yerə birləşdirin, qarışığın üzərinə süd əlavə edib mikserin köməyi ilə yaxşıca qarışdırın. Dondurmanı hazır formalara yerləşdirib 3-4 saatlıq soyuducuya qoyun.
Dondurmanın bərabər donması üçün onu hər saat qarışdırmaq lazımdır.

0 Yorumlar