Qatılaşdırılmış süd ilə dondurma

Əziz xanımlar! Sizə daha bir dondurma resepti təqdim edirik.

Dondurmanın hazırlanması üçün lazımlı ərzaqlar:

  • Qaymaq (33-35%) - 600-800 ml.,

  • Qatılaşdırılmış süd - 350-400 q.


Hazırlıq prosesi:

Soyuq qaymağı yumşaq köpük halına qədər çalın. Çalmağa davam edərək qaymağın üzərinə qatılaşdırılmış süd əlavə edin.
Qeyd edək ki, hazır dondurmanın şirinliyi qatılaşdırılmış südün miqdarından asılı olacaq (süd nə qədər çox olarsa, dondurma o qədər daha şirin alınacaq).

Hazır dondurmanı bir konteynerə yığıb, ağzını bağlayıb soyuducuya qoymaq lazımdır.

Yorum Gönder

0 Yorumlar